Accessibility links

İctimai Palata seçki islahatları ilə bağlı dinləmə keçirib


İctimai Palata seçki islahatı ilə bağlı dinləmə keçirib

İctimai Palata seçki islahatı ilə bağlı dinləmə keçirib

Ekspertlər hesab edir ki, “Seçki islahatı Memorandumu” bütün müxalif qüvvələrin birləşməsinə kömək edəcək

Ictimai Palata (İP) “Seçki islahatı Memorandumu” ilə bağlı dinləmələr keçirib.

Sənəddə demokratik seçki keçirmək üçün imkanların yaradılması və müxalifət qüvvələrinin ədalətli seçki keçirilməsi ideyası ətrafında birləşməsini nəzərdə tutur.

İP təmsilçisi Vidadi Mirkamal Memorandumu bütün müxalifət qüvvələrinin təkliflərini ümumiləşdirən sənəd adlandırıb.

Onun fikrincə, sənəd müxalifət qüvvələrinin ətrafında birləşdirəcək, 2013-cü il prezident seçkilərində vahid qüvvə kimi çıxış etməsinə şans yaradacaq.

Hüquqşünaslardan Hafiz Həsənov hazırki “Seçki Məcəlləsi”nin demokratik seçki keçirməyə heç bir imkan vermədiyi üçün seçki islahatına ciddi ehtiyac olduğunu deyib.

“Bu sahədə prioritet olaraq 6 istiqamət üzrə islahatlar vacibdir. Seçki sisteminin dəyişilərək proporsional seçki sisteminin bərpa olunması, seçki komissiyalarının tərkibinin əsas siyasi qüvvələr arasında balanslı şəkildə formalaşdırılması, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin sadələşdirilməsi, seçki öncəsi təşviqat kampaniyası üçün 60, seçki prosesi müddətinin 120 gün davam etməsi müddətinin bərpa edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması, bütün tərəflərin bərabər pulsuz və pullu efir vaxtına malik olması, seçki hüquqlarının pozulması hallarının obyektiv araşdırılması üçün müstəqil komissiya yaradılması, səslərin saxtalaşdırılmaması, paralel sayılması müddəasının qanunda əksini tapması istiqamətləri prioritet hesab olunur”.

AXCP sədri Əli Kərimli sənədi müxalifət qüvvələrinin konsolidasiyası üçün uğurlu variant adlandırıb.

“Memorandumda prioritetlər elə seçilib ki, onların birinin belə qəbulu hökumətin seçkiləri tam nəzarətində saxlamaq imkanını əlindən çıxaracaq. Açığı mən təsəvvür eləmirəm ki, seçkinin demokratik keçirilməsini istəyən hər hansı ictimai-siyasi qüvvə ona qarşı çıxa bilər. Yalnız saxtakarlar buna qarşı çıxa bilər. İndi bizim əlimizdə unikal sənəd var ki, onun ətrafında ən müxtəlif siyasi qüvvələrin geniş konsensusunu əldə edək.

Bu prioritetlərə qarşı hakimiyyətdən başqa heç bir siyasi qüvvənin çıxmayacağı da diqqətə çatdırılıb.

Müsavat Partiyası başqanı İsa Qəmbər sənədi demokratik qüvvələrin bir ideya ətrafında toplaşma vasitəsi adlandırıb.
“Məsələ sənədin qəbul olunması ilə də bitməyəcək. Məqsəd xalqın hakimiyyətini bərqərar etmək, Əliyev rejimini tarixin arxivinə göndərməkdir. 2013-cü ildə bunun üçün kifayət qədər real imkanlar var. Ümidsizliyə, pessimizmə son qoyulmalıdır”, o qeyd edib.

Dinləmələr zamanı seçkiləri boykot çağırışları da səslənib.

Müsavat başqanı deyib ki, ölkədə demokratiyanın bərqərar olması üçün fəal mübarizə gərəkdir.

“Bizim bu gün əsas məqsədimiz cəmiyyətdə özünə inamı yaratmaqdır. Bunu biz fədakarlığımızla bərqərar eləyə bilərik. Beynəlxalq birliklə ciddi işləmək zərurəti vurğulanmalıdır. Son Avropa səfərimdə bu istiqamətdə müəyyən irəliləyişlər oldu. Avropada demokratiya dalğasına, Cənubi Qafqazda gedən proseslərə diqqət çox ciddidir”, İ.Qəmbər vurğulayıb.
XS
SM
MD
LG