Accessibility links

Müxalifət hakimiyyəti dəyişəcəyinə əmindir. “İlham Əliyevin namizəd olmasına kütləvi etirazlar təşkil etmək lazımdır”... "Ramizgeyt", İlhamgeyt" demək lazımdır. Həm də "y" hərfini çıxartmq lazımdır”...

Yanvarın 5-də əsas müxalifət qüvvələrini birləşdirən İctimai Palatanın (İP) sessiyası keçirilib.

İctimai Palatanın sessiyası

İctimai Palatanın sessiyası

Azadliq.info saytının məlumatına görə, sessiyada prezident seçkilərinə hazırlıq, demokratik dəyişikliklər uğrunda mübarizə, İP-nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məsələləri müzakirə edilib.

AXCP sədri Əli Kərimli bildirib ki, ölkədə demokratik, azad seçki mühiti yaradılmayıb.

“Hələ də seçki komissiyaları saxtakarların əlindədir, 50-dək siyasi məhbus həbsxanadadır, sərbəst toplaşmaq azadlığı yoxdur. Biz bu şərtləri dəyişməliyik", qeyd edib.

Onun fikrincə, Azərbaycanda seçicilərin səsini almaq hələ qələbə deyil, o səsləri reallaşdırmağın mexanizmi tapılmalıdır.

Milli azadlıq hərəkatının mərhum lideri Əbülfəz Elçibəydən nümunə götürüb, daha böyük koalisiyalar qurmaq lazımdır. Xalqı bir araya toplayıb bu hakimiyyəti iş başından kənarlaşdırmalıyıq. İctimai Palata ölkədə ən böyük gücdür, lakin daha böyük koalisiyalara, xalq hərəkatına ehtiyac var

“Müxalifət daxilində qarşılıqlı deyişmələrə “yox” deyib, sülalə hakimiyyətinə son vermək, İlham Əliyevin növbəti 5 ildə rəhbər olmasına da yox, namizəd olmasına kütləvi etirazlar təşkil etmək, ciddi xalq hərakatına nail olmaq lazımdır”.

AXCP sədri Müsavat başqanı İsa Qəmbərin partiyası adından prezidentliyə namizəd irəli sürülməsi münasibətilə təbrik edib.

“Milli azadlıq hərəkatının mərhum lideri Əbülfəz Elçibəydən nümunə götürüb, daha böyük koalisiyalar qurmaq lazımdır. Xalqı bir araya toplayıb bu hakimiyyəti iş başından kənarlaşdırmalıyıq. İctimai Palata ölkədə ən böyük gücdür, lakin daha böyük koalisiyalara, xalq hərəkatına ehtiyac var", deyə o vaxtı ilə Elçibəyin namizədliyini qəbul etməyənlərə işarə edib.

O İlham Əliyevin bu ilin ilk günündə mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə 2012-ci ilin adamı elan edilməsini yada salıb.

“Əslində bu, Azərbaycan xalqına bir mesaj olmalıdır. Bütün dünya bizə mesaj verir ki, bilirik, sizi ən qatı cinayətkarlar idarə edir. İndi söz sizindir. Bütün bunlara dözəcəksiniz, yoxsa 1988-ci ildəki kimi ilin xalqı olmaq qəhrəmanlığını nümayiş etdirəcəksiniz? “.

Əslində bu, Azərbaycan xalqına bir mesaj olmalıdır. Bütün dünya bizə mesaj verir ki, bilirik, sizi ən qatı cinayətkarlar idarə edir. İndi söz sizindir. Bütün bunlara dözəcəksiniz, yoxsa 1988-ci ildəki kimi ilin xalqı olmaq qəhrəmanlığını nümayiş etdirəcəksiniz?

AXCP sədri çıxışında ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolarla hakimiyyətin necə ifşa olunmasından da danışıb və bildirib ki, bu video-faktların ört-basdır edilməsinə imkan verməmək İP-nin əsas proriteti olmalıdır.

Keçmiş vicdan məhbusu Vidadi İsgəndərli əvvəlcə həbsxanadakı məqamlardan danışıb.

“Xalq bizə ümidlə baxır, gözləyir ki, İctimai Palata onu bu vəziyyətdən çıxaracaq. Bizim qarşımızda düşmən var. Biz düşmənin əvəzinə özümüzün üstünə gedirik. İsa bəy bu gün namizədliyini verib. Mən onun yanındayam. Sabah Əli Kərimli namizədliyini versə, onun da yanında olacağam. Onsuz da vahid namizəd prezident seçkilərinə az qalmış müəyyən olunacaq. Meydanlarda müəyyən olunacaq. Sosial şəbəkələrdə bir-birimizə qarşı dava aparmamalıyıq. Hamı görməlidir ki, biz bir yerdəyik”, deyə o daxili münasibətlərdəki qarşıdurma anlarını kənara qoyaraq mühiti dəyişməyin vacibliyini önə çəkib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vahid namizəd məsələsini bir daha gündəliyə gətirib.

“İP-in qəbul etdiyi memorandumdakı məqamlardan biri də seçkiyə vahid namizədlə gedilməsidir. Bizim qarşımızda saxtakar, kriminal bir rejim var. Biz səylərimizi birləşdirməsək, vahid namizəd və vahid komanda müəyyən edə bilməsək, qalib gələ bilməyəcəyik. İctimai Palata uğurlu layihədir, lakin ölkədə hakimiyyəti dəyişməyə gücü yetərli deyil. Biz hər kəsi İctimai Palataya dəvət etməliyik. Seçki öncəsi bizdən kənarda olan insanlara, təşkilatlara müraciət edək, onları İctimai Palataya qəbul edək. Biz iradə göstərib, vahid namizədin müəyyən olunmasını təkcə İctimai Palata çərçivəsində deyil, daha geniş çərçivədə həll etməliyik. Biz ən sevdiyimiz lideri deyil, ən çox şansı olan lideri vahid namizəd etməliyik. Biz İctimai Palatada sturukturlaşma aparmalı, seçkilərə hazırlaşmalıyıq", o qeyd edib.

Musavat.com saytının məlumatına görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər sessiyada geniş çıxış edib.

O prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı Müsavat Məclisinin qərarının birmənalı qarşılanmamasına işarə edərək deyib ki, nədən bir-birimizin sözlərinə bu qədər narahatlıqla yanaşırıq.

Beynəlxalq birlik Azərbaycanla bağlı qərarı o zaman verəcək ki, bu hakimiyyəti dəyişəcək güc ortaya çıxsın

"Bir neçə ay öncə Arif Hacılı dedi ki, gəlin vahid namizədi müəıyyən edək, o zaman dostlarımız dedilər ki, bu, hakimiyyətin oyunudur. İndi isə dostlarımız bizi qınayır ki, niyə vahid namizədi müəyyən etmirsiniz?".

O eyni zamanda vurğulayıb ki, beynəlxalq birlik Azərbaycanla bağlı qərarı o zaman verəcək ki, bu hakimiyyəti dəyişəcək güc ortaya çıxsın.

İ.Qəmbər seçkilərdə iştirakın zəruriliyini əsaslandıraraq deyib ki, Müsavat Məclisi əl-qolumuzu bağlayan heç bir qərar qəbul etməyib.

"Prezident yalnız mən olmalıyam", sözünü kimsə deyə bilməz. Biz prosesin sonunda görsək ki, kim güclüdür, kim irəlidədir, kim daha çox şanslıdır, onu müdafiə edəcəyik. Prosesin gedişində və sonunda baxıb, dəyərləndirəcəyik.

"Prezident yalnız mən olmalıyam", sözünü kimsə deyə bilməz. Biz prosesin sonunda görsək ki, kim güclüdür, kim irəlidədir, kim daha çox şanslıdır, onu müdafiə edəcəyik. Prosesin gedişində və sonunda baxıb, dəyərləndirəcəyik".

Müsavat başqanı deyib ki, seçkilərdə iştirak qərarı xalqa çağırışdır. Hakimiyyətə, dünyaya mesajımızdır ki, Azərbaycanda təkcə bu hakimiyyət mövcud deyil, başqa iddia edən qüvvələr də var. Prosesin gedişində qarşılıqlı güzəştlər, variant dəyişiklikləri mümkündür.

"Bəlkə biz 3-cü bir namizədi müdafiə edəcəyik. lakin bu gün cəmiyyətə, hər kəsə çağırışımızı etməliyik".

"Gülərgeyt" yazırlar. lakin əslində "Ramizgeyt", "İlhamgeyt" demək lazımdır. Həm də "y" hərfini də çıxartmq lazımdır.

İsa Qəmbər Elşad Abdullayevin son videolarına da münasibət bildirib.

“Bu prosesin adını bəzən "Gülərgeyt" yazırlar. lakin əslində "Ramizgeyt", "İlhamgeyt" demək lazımdır. Həm də "y" hərfini də çıxartmq lazımdır”, o qeyd edib.
XS
SM
MD
LG