Accessibility links

İctimai Palata: Məhkəmə cərimələri terrorunu pisləyirik


İctimai Palata
İctimai Palata

Koordinasiya Şurası bütün demokratik düşərgəni və mütərəqqi qüvvələri, şəxsləri elan olunacaq müdafiə tədbirlərinə qoşulmağa çağırır

İctimai Palata Azərbaycanın mübariz gəncliyinin tərəfindədir, onların müdafiəsi üçün bütün addımlara hazırdır və dəstək kampaniyalarında fəal şəkildə iştirak edəcək. Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının gənc hərəkatçılara qarşı repressiyalarla bağlı fevralın 20-də yaydığı bəyanatda deyilir.

İctimai Palatanın Koordinasiya Şurası bütün demokratik düşərgəni və mütərəqqi qüvvələri, şəxsləri elan olunacaq müdafiə tədbirlərinə qoşulmağa çağırır.

Koordinasiya Şurası “məhkəmə” pərdəsi altında həyata keçirilən dərəbəyliyi hakimiyyətin sifarişi ilə həyata keçirilən siyasi repressiya kimi dəyərləndirir və pisləyir.

Xatırladaq ki, məhkəmələr yanvarın 12 və 26-da orduda əsgər ölümləri və İsmayıllı hadisələrinə dəstək aksiyalarının iştirakçılarına münasibətdə qeyri-adekvat dərəcədə böyük cərimələr tətbiq edib. Bir neçə gündür ki, məhkəmə icraçıları həmin şəxslərin və valideynlərinin şəxsi əşyalarını müsadirə etməyə başlayıb.

“Azərbaycan gənclər hərəkatı fəallarına qarşı mübarizədə aciz qalan İlham Əliyev iqtidarı onların valideynlərinə və yaxınlarına qarşı “məhkəmə cərimələri” terroruna başlayıb”, deyə bəyanatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG