Accessibility links

İctimai TV-nin direktoru və deputat Aydın Abbasovla bağlı xəbərlər təkzib olunur


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Yerli media İctimai TV-nin direktoru İsmayıl Ömərov barəsində cinayət işi qaldırılması, Aydın Abbasovun həbs ediləcəyi ilə bağlı xəbərlər yayıb

İctimai TV-nin keçmiş direktoru İsmayıl Ömərova qarşı cinayət işi başlamayıb. KİV-də bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil və bunu təkzib edirik.

Bu barədə iyulun 23-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi mətbuat konfransında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Yerli media yazır ki, Hesablama Palatasının İctimai TV-də apardığı yoxlama nəticəsində bu qurumda 15 mln. manatın mənimsəmə faktını aşkar edib və televiziyanın keçmiş direktoru İ.Ömərova qarşı cinayət işi qaldırılıb.

Öz növbəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev həmin mətbuat konfransında deputat Aydın Abbasovun (baş nazirin keçmiş müaqvini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun oğlu) barəsində təhqiqatın aparılması və onun həbsinə hazırlığın getməsi ilə bağlı yerli mediada yayılan məlumatları təkzib edib. “Aydın Abbasov barəsində hər hansı araşdırma belə aparılmır”, K.Əliyev qeyd edib.
XS
SM
MD
LG