Accessibility links

Fermada istifadə olunacaq çox funksiyalı IdaBot robotları [Video]


Bitkiləri dərmanlamaq, onlara nəzarət etmək və yığmaq fermerlər üçün ağır əmək və vaxt tələb edən işlərdir. İndi tədqiqatçılar radio tezliklə tanıma sensorundan istifadə edərək bu işləri görə biləcək robot inkişaf etdirirlər. Bu robotlar fermerlərə pula qənaet etmələrinə yardım edəcək.

Kamera və radio tezlik senorları ilə təchiz olunmuş bu robot üzüm bağından keçir. O, üzüm tənəklərinin dərmanlanması missiyasının sınağını həyata keçirir. IdaBot adlı prototip Aydahonun Nampa şəhərində yerləşən Northwest Nazarene Universitetinin mühəndis heyəti tərəfindən hazırlanıb.

Biz onun kifayət qədər əlverişli, məsələn pikup qiymətinə olacağını gözləyirik.

“IdaBot-un içini “bir nömrəli, üç nömrəli ağacın dərmanlanmağa ehtiyacı var” deyə proqramlaşdıra bilərsən. Hər ağacda isə radio tezlik tanıma etiketi olacaq. IdaBot bu etiketdən siqnalı alıb hansı ağacın yanında olduğunu müəyyən edəcək. Beş nömərli ağacın yanında olanda beş nömrəli ağacı, üç nömrəlinin yanında olanda isə üç nömrəli ağacı dərmanlayacaq,” deyə Coş Qriffin bildirir.

Layihə liderlərindən Coş Qriffin deyir ki, avtonom robot nəzarətçi dronlar kimi digər texnologiyalarla birləşdirilə bilər. Robotda kompüter proqramının prosesindən keçmək üçün üzüm və ya meyvə ağaclarının şəkillərini çəkən çoxspektrli kamera var.

Burada məsələn işıq nə qədər qırmızı olsa, bu, ağacların bir o qədər çox dərmanlanmağa ehtiyacı olduğunu göstərir.

Qriffin deyir ki, robot fermerlərə əmək haqqına qənaet etməyə yardım edəcək və heç bir fərq qoymadan bütün ağacların dərmanlanmasından daha az kimyəvi iz buraxacaq.

IdaBot

IdaBot

“Robot avtomatik bir şəkildə insanların müdaxiləsi olmadan bitkiləri dərmanlayır və bunu çox aşağı təzyiqlə və nəticə etibarilə tam dəqiqliklə edir. Kimyəvi maddələr lazım olan nöqtəyə vurulur, hər yerə səpələnmir,” deyə o bildirir.

Tələbə və professorlardan ibarət komanda həmçinin IdaBota inteqrasiya edilə biləcək Meyvə Sayma applikasiyası inkişaf etdirir. Bu, meyvə məhsulu yığımını dəqiqliklə hesablayacaq görmə sistemidir.

“Biz dörd kameradan istifadə edəcəyik: rəng, infraqırmızıya yaxın və stereo kameralar ki, bunlar IdaBot bağda gəzdiyi vaxt ağacların şəklini çəkəcək. Daha sonra biz bu şəkillərdən istifadə edərək hər ağacdakı meyvələri saymaq üçün kompüter proqramı hazırlayacağıq,” deyə Northwest Nazarene Universitetinin mühəndislik professoru Dyuk Bulanon bildirir.

Robot avtomatik bir şəkildə insanların müdaxiləsi olmadan bitkiləri dərmanlayır və bunu çox aşağı təzyiqlə və nəticə etibarilə tam dəqiqliklə edir. Kimyəvi maddələr lazım olan nöqtəyə vurulur, hər yerə səpələnmir,

Aydahonun Kaldvel şəhərində bostanı olan Maykl Villiamson kimi fermerlər bu robotu sınaqdan keçirməyi səbirsizlilkə gözləyir.

“Meyvələrimizi saya bilən bu avadanlıq məni həyəcanlandırır. Biz meyvəmizi aylar öncədən sata bilsək müştərilərimizə daha yaxşı qiymət təklif edə bilərik. Bəzən biz meyvəmizin 20 faizini belə sata bilərik,” deyə o bildirir.

Qriffinin təxmininə görə, radio tezliklə tanıma texnologiyasından istifadə edən IdaBot robotları nisbətən ucuz olacaq.

“Biz onun kifayət qədər əlverişli, məsələn pikup qiymətinə olacağını gözləyirik,” Qriffin deyir

Tədqiqatçılar isə hesab edir ki, fermerlərin bu çoxfunksiyalı robotdan istifadə etməklə qənaət edəcəkləri pul qədər, istehlakçılara üçün də meyvələrin aşağı qiymətləri qədər faydalı olacaq.

XS
SM
MD
LG