Accessibility links

İnfarkt keçirmiş insanların yalnız 20 faizi həkim məsləhətinə əməl edir [Video]


İnfarkt keçirmiş xəstələrə həkim məsləhəti
please wait

No media source currently available

0:00 0:02:52 0:00

İnfarkt keçirmiş xəstələrə həkim məsləhəti

İnfarkt keçirmiş xəstələrə həkimlər adətən siqareti atmaq, çəki itirmək və idman etməyi məsləhət görür. Son araşdırmalar məhz insanların bu tövsiyələri necə yerinə yetirməsi ilə bağlıdır.

Sağlam həyat qaydaları barədə tövsiyələri eşitməyən yoxdur. Milli Ürək, Ağ ciyər və Qan İnstitutunun alimi,doktor Patris Deyvin Nikensin dediyinə görə, ürək xəstəliklərinin qarşısı alına bilər. Bunu sağlam həyat tərzi təmin edir.

Dr. Deyvin Nikensin bunun əsas 3 amildən ibarət olduğunu deyir. “Siqaret çəkmə, çəkini normal saxla, idman et.”

Bunların birinə belə riayət etməmək infarkt və iflic kimi birnömrəli öldürücü ürək-damar xəstəlikləri riskini artırır.

Kanadalı alim Kun Teo xəstəliklərdən sonra insanların həyat tərzinə nəzər alıb. O, yüksək, orta və aşağı gəlirli ölkələrdə araşdırmalar aparıb."İnfarkt və iflicə məruz qalan insanların beşdə biri hələ də siqaret çəkir. Onların yalnız üçdə biri idman edir və onların 40 faizi sağlam pəhriz saxlayır."

Bu, insanların harada yaşamasından asılı deyil. "Ən pis qidalanma azgəlirli ölkələrdə qeydə alınıb. Yüksək gəlirli ölkələrdə də fərq böyük deyil."

Araşdrmada iştirak edənlərin yalnız 4 faizi məsləhətlərə əməl edib. "Hər bir ölkə araşdırmalardan nəticə çıxarıb, sağlam həyat tərzi boşluğunu doldurmalıdır. Xüsusilə də xəstə insanlar üçün."

İnsanların duzdan az istifadə etməsi və qan təzyiqlərini yoxlamasına dair beynəlxalq səylər bəhrə verməkdədir. Ürək xəstəlikləri riskini bu faktorlarla azaltmaq mümkündür.

Bu, Million ürək kampaniyasından Canet Raytın məsləhətidir. "Kiçik bir dəyişiklik et və bunu hər gün təkrar et. Bu, tərəvəz və meyvə ola bilər. Bu, həftədə 150 dəqiqəlik idman da ola bilər."

Klivland Klinikası öz işçiləri üçün sağlam həyat proqramı təsis edib. Dr. Maykl Roizen:"Əsəs iş başlamaqdır. Pedometrdən başlayın. Gündə 10 min addım atın. "

Əgər qan təzyqi üçün dərman icməlisinizsə, buna lazımi şəkildə riayət edin. "Yüksək qan təzyiqi ürəyi, böyrəkləri, gözləri, damarları zədələyir. İnsanları infarkt və iflic riski qarşısında qoyur."

Eksperlər ürək xəstəlikləri riskinin azaldılmasının insanların öz əlində olduğunu deyir.
XS
SM
MD
LG