Accessibility links

Geyilə bilən texnologiya idman sahəsində trendlərin onündə gedir [Video]


Artıq çəki və idman amerikalıları ən çox qayğılandıran mövzudur. Bütöv bir sənaye bu problemdən yararlanaraq həm pul qazanmaq və həm də problemi həll etməyə çalışır. Kəşflər arasında hər il yeni, əla və hətta möhtəşəm trendlər peyda olur. Amerika İdman Tibb Kolleci bu trendləri izləyir, və bu il geyilə bilən texnologiya bu trendlərin önündə gedir.

ABŞ-da idman salonlarına üzv olmaq trendi 2000-ci ildən bəri sürətlə artıb və hazırda 50 miliyondan çox Amerikalı idman salonlarına üzvdür. Amerikalıların 1/3-i kök, 2/3-si isə rəsmi olaraq artıq çəkili hesab olunur.

İnsanlar geyilə bilən texnologiyadan istifadə edərək öz çəkilərinə nəzarət etməyə çalışırlar. Geyilə bilən texnologiya bu ilin öndə gedən trendlərindəndir.

Emi Dikson: “2016-ci ilin trendləri haqda maraqlı olan məqam onların fundamental bilgilərə əsaslanmasıdır və mənim ən çox bəyəndiyim bunun texnologiya tərəfidir. Sağlam olmanız üçün lazımı məlumatı verır və elm bunu dəstəkləyir. Beləliklə mən bu trendlərə baxdıqda gülümsəyirəm. Çünki bunlar bildiyimiz şeylərdir, sadəcə biz bunu texnologiya vasitəsilə edirik.”

Geyilə bilən texnologiyanın hədəfi formada qalmağı sadələşdirmək. Sadəlik isə bu ilin ən öndə gedən trendi kimi görünür.

Çəki ilə bağlı məşqlər və təlimlər çox elə vaxt və təchizat tələb etmir.

Mişel Parker: “Mən bunu sevirəm. Sürətlidir. Səbr istəyir. Siz intensiv şəkildə məşq edirsiz və qısa fasiləniz var. Bu kardionu, qüvvəti işlədir. İkisini bir platformada etmək olur.”

Yaşlı Amerikalıların məşq rejimləri də həmçinin artıb.

Yoqa ABŞ-da idman salonlarında normaya çevrilir. Yoqa Təşkilatı bildirir ki, bu il 36 miliyondan çox Amerikalı yoqa ilə məşğul olub.

Bütün texnoloji innovasiyalara baxmayaraq, həqiqət budur ki, yalnız hər üç amerikalıdan biri lazımı qədər idmanla məşğul olur.

XS
SM
MD
LG