Accessibility links

Azərbaycan idmançıları daha 4 medal qazanıb


 Photo by : Paul Gilham/Getty Images ( Ayxan Tağızadə)

Photo by : Paul Gilham/Getty Images ( Ayxan Tağızadə)

Azərbaycanın aktivində 23 medal var

Avropa Oyunlarında azərbaycanlı idmançılar daha 4 medal - 3 qızıl və 1 bürünc medal qazanıb.

İyunun 17-də birinci qızıl medalı sərbəst güləşçi, London olimpiadasının çempionu Toğrul Əsgərov (65 kq) qazanıb. Finalda o, italiyalı rəqibi Frank Çamizoya qalib gəlib.

London olimpiadasının bürünc mükafatçısı Xetaq Qazyunov da sərbəst güləşçilər arasında (95 kq) birinci yeri tutub. Finalda o, gürcüstanlı Elizbar İdikadzeyə qalib gəlib.

Azərbaycanın daha bir nümayəndəsi, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) bürünc mükafata sahib olub.

Üçüncü qızıl medalı taekvandoçu Ayxan Tağızadə qazanıb. O, final görüşündə Polşa təmsilçisi Karol Robakı məğlub edib.

Beş gün davam edən yarışların nəticələrinə əsasən Azərbaycan medalların sayına görə ikinci yerdədir. Azərbaycanın aktivində 23 medal (11 qızıl, 3 gümüş, 9 bürünc) var.

Birinci yerdə 29 medalla (16 qızıl, 5 gümüş, 8 bürünc) Rusiyadır. Macarıstan 13 medalla (7 qızıl, 1 gümüş, 5 bürünc) üçüncü yerdədir.

XS
SM
MD
LG