Accessibility links

Azərbaycanın idman və gənclər naziri ABŞ-a səfər edib


Azad Rəhimov

Azad Rəhimov

Azad Rəhimov Milli Olimpiya Komitələri Assosasiyasının 20-ci Assambleyasında iştirak edəcək

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ABŞ-da rəsmi səfərdədir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 26-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır.

Milli Olimpiya Komitələri Assosasiyasının prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin prezidenti Lawrence Probstun dəvəti ilə Amerikada səfərdə olan nazir Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

Görüş zamanı Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.

Oktyabrın 30-dək davam edəcək assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.

XS
SM
MD
LG