Accessibility links

Islam Həmrəyliyi Oyunlarının açılışı və bağlanışı günlərində əsas yollarda nəqliyyatın hərəkəti dayandırılacaq


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları

Bakı Nəqliyyat Agentliyi və paytaxt polisi Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının açılışı və bağlanışı günlərində - mayın 12 və 22-də nəqliyyatın hərəkət qaydalarını açıqlayıb.

Tədbirlər Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mayın 12 və 22-də gündüz Bakı Olimpiya Oyunları stadionu istiqamətində əsas yollarda, o cümlədən Heydər Əliyev, Neftçilər prospektlərində nəqliyyatın hərəkəti dayandırılacaq.

Tamaşaçılar stadiona metro və ekspress-avtobuslarla gedə biləcəklər.

Açılış günü Bakı vaxtı ilə saat 18.00-dan 21.00-dək və bağlanış günü saat 17.00-dan 20.00-dək avtobuslar “20 yanvar”, “Gənclik” və Qara Qarayev metro stansiyalarından yola düşəcək. Mərasim başa çatdıqdan sonra tamaşaçılar həmin marşrutlarla yaxınlıqdakı “Koroğlu” metro stansiyasına gedə bilər. Stansiyada qatarlar iki dəqiqəlik intervalla hərəkət edəcək.

Tamaşaçılar üçün stadiona gedən avtobuslar və metro pulsuz olacaq.

Taksinin stadiona yaxınlaşmasına icazə verilməyəcək. Həmçinin şəxsi avtomobillərin stadionun yaxınlığında dayanmasına icazə verilməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG