Accessibility links

İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılara pul mükafatı da veriləcək


Prezident İlham Əliyev mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçilərinə ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutana 30 min manat, məşqçisinə 15 min manat, üçüncü yeri tutana 20 min manat, məşqçisinə isə 10 min manat mükafat veriləcək .

IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşəcək idmançıları Azərbaycan Milli Olimpiya Komitəsi də mükafatlandırmaq niyyətindədir.

Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi də bununla bağlı sərəncam imzalayıb.

Milli Olimpiya Komitəsi birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat verəcək.

Yenə ikinci yeri tutan hər bir idmançıya 30 min manat, məşqçisinə 15 min manat, üçüncü yeri tutana 20 min manat, məşqçisinə isə 10 min manat ödəniləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG