Accessibility links

İdmanda mərc oyunları [Video]


İdmanda mərc oyunları geniş yayılmış bir haldır. Mərc oyunlarının həcmi və bunun idmana təsirinə dair yeni hesabatda kriminal elementlərin idmandan istifadə edərək, özlərini yaxşı müdafiə etdiyi, çirkli pulların yuyulması və başqa qeyri-qanuni fəaliyyətlərlə məşğul olduğu göstərilir.

Rio de Janeyro, Braziliya. İyunun 12-də futbol həvəskarlarının dörd il səbirsizliklə gözlədiyi ən mühüm bir tədbir başlayır. 2014-cü il dünya futbol çempionatı. Dünya ölkələrinin komandaları iyulun 13-ə qədər ən yüksək titul uğrunda rəqabət aparacaq.

Azarkeşlər təkcə sevdikləri komandaları alqışlamır. Çoxları matçların nəticələrinə görə mərc aparır, özü də təkcə dünya çempionatlarında deyil, futbolla yanaşı, kriket, tennis, motosiklet və digər idman yarışlarında.

Qətərdə və Parisdə Sorbonnada İdman Təhlükəsizliyi mərkəzi qlobal səviyyədə idmanda mərc oyunları ilə bağlı hesabat açıqlayıb. Mərkəzin direktoru Kris İton. “Qeyri-qanuni mərc oyunları, qara bazar və qanuni bazarı götürsək, idmanda bu gün mərc oyunlarına qoyulan pulun məbləği təxminən üç trilyon dollar təşkil edir.”

Təhlilçilər 2010-cu ildə dünya çempionatında təkcə bir oyunda mərcə bir milyard dollar qoyulduğunu deyir.

Yeni hesabata əsasən, mütəşəkkil cinayətkar qruplar ildə təxminən 140 milyard dollar həcmində çirkli pulların yuyulması üçün idmanda mərc oyunlarından istifadə edir. Bu əməliyyatların 30 faizi internetdə baş verir.

İdman Təhlükəsizliyi mərkəzinin hesabatına əsasən, dünyada qeyri-qanuni mərc oyunlarının 53 faizi Asiyanın payına düşür. Mərc əməliyyatları üzrə eskpert Deyvid Forest deyir ki, göründüyü kimi, qeyri-qanuni bukmeykerlər və qanuni sövdələşmələrin baş verdiyi mərkəzlər bir-biri ilə bağlıdır.

“Kiçik səviyyədə mərcə qoyulmuş pulu alıb onu yuxarı səviyyəyə ötürürlər ki, riski başqaları öz üzərinə götürsün. Bu zəncirin ucu dünyanın ən beş ən böyük bukmeykerlərindən biri olan Filippində qanuni bukmeykerə gedib çıxır.”

Qeyri-qanuni mərc oyunları Uol Stritdə treyderlərin nəticədən asılı olmayaraq, özlərinə qələbə təmin etmək üçün hər hansı bir aksiya ilə bağlı mövqe tuduğu zaman risk praktikasına əsaslanır.

Cənubi Florida universitetinin təhlilçi Riçar Borgessi:“Qeyri-qanuni bukmeykerler öz pullarını götürəcək və onlar bu və ya başqa tərəfdə mənfi mövqedə olsalar, leqallaşdırılmış bazarda qarşı komanda üçün mərcə gedib riskdən uzaqlaşa biləcəklər.”

İdman Təhlükəsizliyi mərkəzinin hesabatında deyilir ki, son onilliklər ərzində qlobal maliyyə bazarlarında olduğu kimi, idmanda da mərc oyunları beynəlxalq səviyyədə hesabatlılıq sisteminə daxil edilməlidir.
Kris İton:“Biz mərc oyunları və idmanda bukmeyker fəaliyyətlərində birgə əməkdaşlıq modeli yaratmalıyıq ki, qanunsuzluqları tapmaq üçün kimin harada hansı transaksiyaları və necə həyata keçirdiyini bilək.”

İdmanda qaliblər və məğlublar olur. Amma oyunun nəticəsindən asılı olmayaraq, burada həmişə qazananlar da var.
XS
SM
MD
LG