Accessibility links

Yeyinti məhsullarının idxalı artıb


Ərzaq
Ərzaq

Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 34,98% artaraq 2016-cı ildə 1,322 mlrd. ABŞ dolları təşkil edib.

Report agentliyi, Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 94,49% artaraq 38,622 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 2,2 dəfə artaraq 48,384 mln. dollar, meyvə-tərəvəz - 2,3 dəfə artaraq 135,005 mln. dollar, çay - 2,7 dəfə artaraq 44,735 mln. dollar, süd idxalı 34,4% artaraq 8,034 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı isə 0,6% azalaraq 295,018 mln. dollar olub.

Qeyd edək ki, buğdanın miqdar baxımından idxalında isə illik müqayisəsində artım qeydə alınıb. Belə ki, buğda idxalı 2015-ci illə müqayisədə 18,2% artaraq 2016-cı ildə 1,6 mln. ton təşkil edib.

Hesabat ilində Azərbaycanın cəmi idxalının 15,5%-i məhz yeyinti məhsullarının payına düşüb ki, 2015-ci ildə bu göstərici 10,6% olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG