Accessibility links

İflici müalicə edə biləcək yeni cihaz [Video]


İflici müalicə edə biləcək yeni cihaz
please wait

No media source currently available

0:00 0:01:53 0:00

İsveçrəli alimlər iflicli insanlara bədən üzvlərinin hərəkətini bərpa etməyə yardım edə biləcək yeni cihazı uğurla sınaqdan keçiriblər. Cihaz iki meymunun onurğa beynindəki yaralardan yan keçərək, beyin siqnallarını simsiz ötürməklə iflic olan ayaqlarından yenidən istifadə etmələrinə imkan yaradıb.

"Nevroprotez interfeys" adlanan bu cihaz Lozanna Federal Politexnik Məktəbinin beynəlxalq komandası tərəfindən icad edilib.

Bu, ilk dəfədir ki, nevro-texnologiya meymunda hərəkəti bərpa edir, ancaq bizi qarşıda hələ çox çətinliklər gözləyir. Bu müdaxilənin insanlar üçün terapiyaya çevrilməsi uzun illər ala bilər.
Qrequar Kurtin

“Biz beyni skan edən interfeys hazırlamışıq. Bu interfeys beyin siqnallarından hərəki niyyəti deşifrələyir, zədələri yan keçərək nəzərdə tutulan yeriş hərəkətini meydana gətirmək üçün bu məlumatı zədənin olduğu yerdən aşağıda onurğa beyninə yollayır," deyə baş elmi işçi Qrequar Kurtin bildirir.

İnterfeys ayağı idarə edən və siqnalları neyronlarından meymunun nəzərdə tutulan hərəkətlərini deşifrələyən kompyuterə yollayan beyin qabığına yerləşdirilmiş elektroddan ibarətdir.

“Daha sonra kompyuter bu məlumatı implantasiya edilə bilən stimulyatora göndərir. Bu simulyator simulasiyanı yerində və zamanında yollamaq gücünə sahibdir,” Kurtin deyir

Hər iki sınaqda, meymunların beyin qabığının hərəki hissəsi və onurğa beyninin bel hissəsi fəaliyyət göstərirdi.

Cihaz meymunların iflic olan ayaqlarının yenidən istifadə etmələrinə imkan verib və bu, cihazın insanlara da yardım edə biləcəyi ilə bağlı ümidlər yaradıb.

lk dəfədir ki, mən tamamilə iflic olan insanın beyin-onurğa beyni interfeysi vasitəsilə beyindəki funksiyaları yerinə yetirdiyini təsəvvür edə bilirəm.
Coselin Blox

“İlk dəfədir ki, mən tamamilə iflic olan insanın beyin-onurğa beyni interfeysi vasitəsilə beyindəki funksiyaları yerinə yetirdiyini təsəvvür edə bilirəm,” deyə nevrocərrah Coselin Blox bildirir.

Beyin siqnallarını deşifrələyən implantasiya edilə bilən texnologiya daha öncə xəstələrin mürəkkəb ayaq əzələsini deyil, təkcə protez əli tərpətmələrinə imkan verirdi.

“Bu, ilk dəfədir ki, nevro-texnologiya meymunda hərəkəti bərpa edir, ancaq bizi qarşıda hələ çox çətinliklər gözləyir. Bu müdaxilənin insanlar üçün terapiyaya çevrilməsi uzun illər ala bilər,” Kurtin deyir

Hazırda İsveçrədə implantın insanlarda onurğa beyninin zədələnməsinə yardım edə bilib-bilməyəcəyini müəyyən etmək üçün kilinik tədqiqat aparılır.

XS
SM
MD
LG