Accessibility links

Donald Trampın ABŞ prezidentliyi uğrunda qələbəsi səhm birjalarında kəskin enişə, ABŞ dollarının zəifləməsinə və neft qiymətlərinin düşməsinə səbəb olub.

Avropa birja indeksləri çərşənbə günündən bəri 2.7 faizə qədər enib. Amma bu eniş daha sonra tənzimlənib. Asiyada Yaponiyanın NIKKEI indeks göstəricisi 5.4 faiz itirib, Honq Konqda Seng indeksi isə 2.3 faiz enib. Bir çoxları təhlükəsizlik məqsədi ilə qızıla investisiya edib. Beləliklə də qiymətli metalın dəyəri 3.7 faiz artıb.

Birja strategiyaçısı Mayk İnqraham deyib ki, birjalar seçkilərin nəticələrinə iyun ayında Brexit səsvermələrindən sonrakı qədər reaksiya verməyib. Lakin o bildirib ki, analitiklər Trampın əslində necə prezident olacağını görmək üçün gözləyir.

“Biz bilirik ki, Tramp çox fərqli namizəddir. Amma ən azından hökumət işinə davam edir. Dediyim kimi, onun ofisə başlamasına ən azından hələ iki ay var” deyə Mayk İnqram bildirib.

Nyu-York analitikləri Amerikanın Səsinə deyib ki, Trampın nəzarətin azaldılması istəyi neft və bank sektorları üçün sərfəli ola bilər.

Lakin onlar həmçinin bildirib ki, Trampın ticarət siyasətinin məhdudlaşdırılması xaricdə çoxmillətli şirkətlərin gəlirlərinə mənfi təsir göstərə bilər.

Bəzi treyderlərin sözlərinə görə, dünya bazarları aksiya birjalarında qeyri-müəyyənlik kimi ən xoşagəlməz bir sınaqla qarşılaşır.

Show comments

XS
SM
MD
LG