Accessibility links

II Yohann Pol "müqəddəslik" zirvəsinə yaxınlaşdı


II Yohann Pol "müqəddəslik" zirvəsinə yaxınlaşdı
II Yohann Pol "müqəddəslik" zirvəsinə yaxınlaşdı

Xüsusi mərasimdə Roma Papası XVI Benedikt mərhum papa II Yohann Polun ruhuna xeyir-dua verərək onu “müqəddəslik” statusuna bir addım yaxınlaşdırmış oldu.

Müqəddəs Piter meydanına toplaşan milyon yarım adam mərasimi seyr edib. Burada Benedikt sonuncu pontifin müqəddəsləşdirilməsi formulunu oxuyub.

Təqdimatın ardınca Romadakı izdiham sürəkli alqışlarla Yohann Polun açıqlanan iri portretini qarşılayıblar.

Öz moizəsində Papa Benedikt sələfini Polşanın nümunəvi oğlu kimi təsvir edib. Onun sözlərinə görə Yohann Pol öz inamı, sevgisi, cəsarəti və xarizması ilə inanclıların özlərini xristian adlandırmaqdan qürur duymalarına kömək edib.

XS
SM
MD
LG