Accessibility links

Dörd ayaqlı və iki onurğalı körpənin uğurlu əməliyyat hekayəsi [Video]


Dörd ayaqlı və iki onurğalı körpənin uğurlu əməliyyat həkayəsi
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Çikaqo ərazisində yerləşən xəstəxananın həkimləri Afrikada parazitar əkizi, dörd ayaq və iki onurğa sütunu ilə dünyaya gələn körpəni müvəffəqiyyətlə əməliyyat ediblər. Fil Dişi Sahilindən “Dominik” kimi tanınan bu körpə qızın martın 8-də keçirilən əməliyyatdan sonra normal, tam-funksional həyat sürməyə davam edəcəyi gözlənilir.

Əkiztayın beldən aşağı hissəsi arxadan Dominikin boynuna yapışmışdı. Dominikin boynunun arxasından çanaq, sidik kisəsi və tərpənən ayaqlar sallanırdı.
Con Ruc

Körpə Dominik dörd ayaq və iki onurğa sütunu ilə dünyaya gəlib. Onun biryumurtalı əkizi Dominkdən ayrılmayıb və ayaqlarının böyük hissələri Dominikə yapışıq qalıb.

Uşaq neyrocərrahı Con Ruc: “Əkiztayın beldən aşağı hissəsi arxadan Dominikin boynuna yapışmışdı. Dominikin boynunun arxasından çanaq, sidik kisəsi və tərpənən ayaqlar sallanırdı.”

Parazitar əkiz on aylıq Dominikin balaca ürək və ağciyərinin iki bədənin ekvivalentini dəstəkləmək üçün əlavə işləməsinə səbəb olub. Əlavə bədən hissələri Dominikin onurğa sütünu və sinir sisteminə birləşmişdi. Bu da onları ayırmaq əməliyyatını çətinləşdirirdi, çünki əməliyyat zamanı hissiyatın itirilməsi və iflicin qarşısını almaq üçün sinirlər və qan damarları ayrılmalı idi.

İllinoys ştatının Park Ridc şəhərində yerləşən Advocate Uşaq Xəstəxanasının həkimləri skan görüntüləri və şəkillərdən istifadə edərək Dominikin iki onurğa sütununun üçölçülü modelini hazırlayıblar.

“Bizdə çox sayda xüsusi şəkillər var idi. Bu şəkillər bizə həm Dominikin, həm də parazitar əkizinin anatomiyalarını müəyyən edib, qarşılaşa biləcəyimiz problemləri təhlil etmək imkanı yaratdı ki, əməliyyatda heç bir sürprizlə qarşılaşmayaq.”

Dominik
Dominik

Vikari deyir ki, əməliyyatın aparıldığı ən önəmli yer iki onurğa sütunu ilə anormal çanağın birləşdiyi yer idi.

Martın 8-də keçirilən əməliyyat altı saat davam edib. Əməliyyatdan bir gün sonra Dominik artıq otura bilirdi, beş gün sonra isə xəstəxanadan yerli himayədar ailənin evinə buraxılmışdı.

Həkimlər Dominikin həyatının uzun və produktiv keçəcəyinə inanır. Onun gələn ay reabilitasiya dövrü bitəndən sonra Fil Dişi Sahilində ailəsinə qovuşacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG