Accessibility links

İki biznesmen həbsdən azad edilib


İbrahim İbrahimov və Nizami Piriyev

İbrahim İbrahimov və Nizami Piriyev

Mayın 28-də Bakının Nərimanov rayon Məhkəməsi biznesmen Nizami Piriyev barəsində həbs qətimkan tədbirini dəyişib. Məhkəmə ölkəni tərk etməmək haqqında iltizam alaraq, onu həbsdən azad edib. Bu barədə Amerikanın Səsinə vəkil Kamandar Nəsibov bildirib.

Vəkilin dediyinə görə, Piriyev ittihamları qəbul etmir.

“Beynəlxalq Bankdan metanol zavodunun tikintisi üçün alınmış kreditdən təyinatı üzrə istifadə olunub, ödəmə müddəti isə bitməyib. Müəssisə işlədikcə, kreditin qalan hissəsi də ödəniləcək”, deyə vəkil bildirib. O, kredit məbləğini açıqlamayıb.

“Avesta” şirkətinin barəsində həbs qətimkan tədbiri seçilmiş rəhbəri İbrahim İbrahimov barəsində də qətimkan tədbiri dəyişdirilib. O yerli mediaya bildirib ki, kredit öhdəliyini ödədikdən sonra azad buraxılıb.

Xatırladaq ki, hər iki biznesmen bir neçə gün əvvəl böyük ölçüdə bank kreditlərinin ödənilməməsi ilə əlaqədar saxlanılıb və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdılar.

XS
SM
MD
LG