Accessibility links

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışına müdaxilə edən və ona su butulkası atan Hafiz Hacıyev studiyadan çıxarılıb

Sentyabrın 19-da Azərbaycanın İctimai Televiziyasında prezidentliyə namizədlərin debatı keçirilib. Debat qalmaqalla sona çatıb. Debatın əvvəlində Milli Şuranın vahid namizdəi Cəmil Həsənlinin ailəsi haqda fikirlər səsləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sonra Milli Şuranın namizədi çıxış edərkən onun çıxışını təhqirlərlə dayandırmağa çalışıb. Sonra isə Cəmil Həsənlinin üstünə su butulkasını atıb.

Bundan sonra Hafiz Hacıyev studiyadan çıxarılıb. Studiyadan çıxarılarkən Hafiz Hacıyev müxalifət liderlərini küçə söyüşləri ilə təhqir edib. Cəmil Həsənli Hafiz Hacıyevin təhqirləri ilə pozulan ödənişsiz efir vaxtının bərpasını tələb etsə də, aparıcı onun tələbinə məhəl qoymayıb və Cəmil Həsənli studiyanı tərk edib.

Videonu buradan izləyə bilərsiniz:

Show comments

XS
SM
MD
LG