Accessibility links

İlahə Şükrüllahi: Azərbaycanlı qadınların durumu çox ağırdır [Audio]

  • Insafəli Hidayət

İlahə Şükrüllahi

İlahə Şükrüllahi

Təbrizli İlahə Şükrüllahi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında qadınların üzləşdiyi çoxsaylı problemlərdən bəhs edir.

İlahə xanımın sözlərinə görə İslam Respublikasına tətbiq olunmuş beynəlxalq sanksiyalar ölkədəki iqtisadi durumu əvvəlkindən də xeyli pisləşdirib, və nəticədə qiymətlər bahalaşıb. Qadınlar üçün ailələrini dolandırmaq olduqca çətindir. Çörəkdən tutmuş paltaradək əksər malların qiyməti son bir ildə az qala iki dəfə artıb.

İlahə xanım İran Azərbaycanında işsizliyin böyük problem olduğunu qeyd edir. Onun sözlərinə görə qadınlar üçün iş tapmaq xeyli çətindir. Tək yaxud boşanmış qadınlar isə iş yerində əlavə təzyiqlərlə üzləşirlər. Belə ki, qadınların tək olduğunu bilən kişilər adətən onları seksual istismara məruz qoymağa cəhd göstərirlər.
Bir qadın əgər boşanmış olursa, cəmiyyətin ona baxışları çox fərqli olur. Həmin qadının normal iş tapması çox çətin olur. Qadının işlədiyi yerdə bilsələr ki, o, boşanıb, o, kişilərdən cinsi tələblərlə üzləşəcək.


Vaxt var idi ki, İran Azərbaycanında qızlar ailə qurmaqda müəyyən seçimə malik idilər. Lakin iqtisadi çətinliklər onların həyat və iş imkanlarını məhdudlaşdırıb. Hazırkı vəziyyətdə əksər qadınlar maddi dolanışığı təmin etməkdən ötrü arzulamadıqları seçimlər etmək məcburiyyətində qalırlar.

İlahə Şükrüllahi ilə müsahibəni Torontoda qərargahlanan müxbirimiz İnsafəli Hidayət aparıb.


Show comments

XS
SM
MD
LG