Accessibility links

İlan Robot [Video]


İlan Robot
please wait
Embed

No media source currently available

0:00 0:02:01 0:00

Karnegi Mellon Universitetinin araşdırmaçıları illərdir ilan robotlarının boruların üstünə və ağaclara dırmanmalarını sınaqdan keçirirlər.

Onların robotu tədricən mühərrikli modula çevrilib. Hər bir hissənin öz prosessoru var və müxtəlif konfiqurasiyalara tətbiq etmək olar. Misal üçün İlan Canavar adlanan bu altı-ayaqlı həşərat cihaz kimi.

Hovi Çoset Karnegi Mellon Robot İnstitutunun professorudur.

Hovi Çoset: "Biz modulları çox asandlıqla birləşdirsək də bunun işləməsi üçün başlığın altında çox şey baş verir."

Başlığın altında baş verənlər çox maraqlıdır.

Modullar robotun hərəkətini kordinasiya etmək üçün bir birləriylə əlaqə qururlar.

Sonuncu modulda ayaqlar yerinə təkər yerləşdirilib. Bu robota düz yerlərdə daha sürətlə hərəkət etməyə icazə verir.

Modullara ətrafa nəzarət etmək üçün kamerada quraşdırmaq olar.

-Master və qul sistemi- adlanan digər özəllik isə istifadəçiyə ekiz robota eyni hərəkəti uzaqdan idarə etməklə gördürmək olar.

Çoset deyir ki, robot real həyatda təcrübə üçün hazırdır.

Hovi Çoset: "Bu robot çox istifadəlidir. Robotu götürüb ata bilərsiz. O işləyəcək. Vura bilərsiz, o yenə də işləyəcək."

Modul robot qolu fərqli işlər üçün proqramlaşdırıla bilər. Məsələn, əlil adamı yedirtmək.

Tədqiqatçılar hazırda ayaq təzyiqini hiss edən tank kimi tırtıllara malik olacaq digər modullar üzərində işləyirlər.

XS
SM
MD
LG