Accessibility links

Professor Ortaylı Təbriz Universitetində danışıb

İran universitetlərində müxtəlif tədbirlərə qatılmaq və fikir mübadiləsi üçün İrana səfər edən məşhur alim İlber Ortaylı və Türkiyə universitetlərindən bir neçə digər professorun ilk görüşü Təbriz Universitetində baş tutub.

Dövlət agentliyi İRNA-ya istinadən, Huquq və Sosial Elmlər Fakültəsinin zalında keçirilən tədbirdə danışan professor İlber Ortaylı Türkiyə-İran arasındakı mədəni və elmi ortaqlıqların dərinləşməsində Təbrizin böyük roluna diqqət çəkib.

Türk tarixi üzrə aparıcı alim iki ölkə arasında mədəni və elmi ortaqlıqların əsasən Səfəvilər və Qacarlar dönəmində formalaşdığını ifadə edərək, bu ortaq nöqtələri möhkəmləndirmək üçün ayrılıq yaradan mübahisələrdən uzaq durmağa çağırıb.

Cənab Ortaylı həmçinin deyib, “bu ortaqlıqların dərinləşməsi yönündə Təbrizin böyük rolu olub. Rəssamlar, memarlar və seçkin insanlar Təbrizdən Türkiyəyə gəlib və bu ölkənin mədəniyyəti və tarixi binalarında izlərini buraxıblar.”

Tədbirdə Təbriz Universitetinin rektoru Məhəmməd Rza Purməhəmmədi və müxtəlif fakültələrin dekanları iştirak edib.

XS
SM
MD
LG