Accessibility links

Banqladeş rəsmilərinin bu gün bildirdiyinə görə, son iki gündə ildırım vurması nəticəsində 56 nəfərin həlak olması insanlarda təşvişə səbəb olub.

Bir həftədən artıq davam edən isti hava şəraitindən sonra Banqladeşdə güc leysan yağışları ölkənin rayonunu təsirinə məruz qoyub. Qasırğa nəticəsində yaranan ildırımlar 33 nəfərin həyatına son qoyub. Dünən baş verən ikinci oxşar hadisə nəticəsində isə 23 nəfər həlak olub.

Son iki gündə qeyd alınan ildırım vurmaları çoxsaylı insanın yaralanması ilə nəticələnib.

Polisin məlumatına görə, ölən və yaralananların çoxu ferma torpaqlarında və digər açıq sahələrdə işləyən insanlar olub.

Adətən belə hadisələr Muson mövsumundən öncə Mart-May ayları arasında baş verir. Həmin dövrdə isə adələt insanlar ucqar ərazilərdə təsərrüfat işləri ilə məşğul olurlar.

XS
SM
MD
LG