Accessibility links

Rejissor İlqar Safat yeni ampluada - `Qürur və Qərəz` tamaşası səhnəyə qoyulacaq [Audio]


Kinorejissor İlgar Safat Amerikanın Səsinə müsahibə verib
İlqar Safat
please wait

No media source currently available

0:00 0:03:20 0:00
Direct link

Bəxtiyar Zamanov: İlqar siz kino-rejissor kimi tanınmısınız və ilk dəfə özünüzü teatr rejissoru kimi sınamaq istəyirsiniz. Necə oldu ki, belə bir fikrə gəldiniz?

İlqar Safat: Teatr mənim çoxdankı arzumdur. Mən əvvələr də teatrla maraqlanırdım. Hələ Moskvada, Sank Peterburqda oxuduğum və yaşadığım zaman çoxlu tamaşaya baxmışam. Teatra aid ədəbiyyatla tanış olmuşam. Hal-hazırda teatr tarixi və fəlsəfəsinə dair dissertasiya üzərində işləyirəm. Mən uzun zamandır tamaşa qoymaq istəyirdim. Nəhayət bu yaxınlarda Rus Dram teatrında özümü sınamaq üçün belə bir imkan yarandı.

Sual: Əksər tanınmış aktyor və rejissorlar teatrı kinodan üstün tutur. Aktyor və rejissorları böyük ekrandan daha çox teatr səhnəsinə cəlb edən nədir?
Mən operanı çox sevirəm. Mənə opera-səhnə-rejissoru kimi özümü sınamağa şərait yaransa, mütləq ondan istifadə edəcəm.


Cavab: Aktyorlar üçün səhnə çox mühümdür. Teatr yaxşı məktəbdir. Ümumiyyətlə teatr sənət 2 min 500 yüz ildir mövcuddur. Teatr daha tarixi, daha qədim sənət növüdür. Səhnə aktyorun psixologiyasını formalaşdırır, ona təcrübə qazandırır və bu təcrübə aktyora gələcəkdə böyük ekranda kömək edir. Ona görə də hər bir kino-aktyor üçün ara-bir səhnəyə qayıtmaq, tamaşaçı ilə bilavasitə ünsiyyətdə olmaq vacibdir.

Rejissorlar üçün özlərini teatr və ya hətta opera kimi fərqli sahələrdə sınamaq maraqlı görünür. Onlar daim özlərini daha yaxşı ifadə etmək üçün yollar axtarışındadır. Rejissorlar yeni forma, yeni janr axtarır və teatr rejissora belə bir imkan verir. Məsələn, mən özüm operanı çox sevirəm və nə vaxtsa özümü opera rejissoru kimi də sınamaq istərdim.

Təəssüff ki, hələlik belə bir təklif almamışam. Amma mənə opera-səhnə-rejissoru kimi özümü sınamağa şərait yaransa, mütləq ondan istifadə edəcəm. Mən operanı çox sevirəm. Məsələn, Motzartın `Sehirli Fleyta` əsərini məmnuniyyətlə səhnələşdirərdim.
İlqar Safatın səhnələşdirəcəyi `Qürur və Qərəz` tamaşanın premyerası aprel ayının ortalarında Rus Dram teatrında nümayiş etdiriləcək

Sual: İlqar mən bilirəm ki, siz `Qürur və Qərəz` əsərini tamaşaya qoymaq istəyirsiniz. Zəhmət olmasa bu layihə barədə məlumat verin?

Səhnələşdirəcəyim `Qürur və Qərəz` tamaşanın premyerası aprel ayının ortalarında Rus Dram teatrında nümayiş etdiriləcək


Cavab: Bəli, biz məşhur yazıçı Ceyn Ostinin 200 il əvvəl ingilis dilində yazdığı klassik `Qürur və Qərəz`əsərini səhnələşdirmək istəyirik. Ostin bu əsəri 1813-cü ildə yazmışdı və o zamandan bəri bu əsər çox populyarlaşmışdır. Bu əsər bir neçə dəfə ekranlaşdırılıb. Səhf etmirəmsə, 40-cı illərdə Holllivudda bu əsər əsasında film çəkilib.

Mən bu tamaşanın səhnələşdirilməsində əsas rol oynayan Rus Dram teatrının direktoru Ədalət Hacıyevə, baş rejissor Alkesandr Şarovski və ədəbi məsələlər üzrə baş məsləhətçi Valentina Reznikovaya öz dərin minnətdarlığımı bildirirəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG