Accessibility links

Azərbaycan prezidenti Qurban bayramı münasibəti ilə təbrik imzalayıb


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Dövlət başçısının təbrikində deyilir ki, demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur.

“Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnsanlar Tanrıya yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir”, təbrikdə qeyd edilir.

Azərbaycanda Qurban bayramı dövlət bayramları sırasına daxildir və iki gün iş günü deyil.

XS
SM
MD
LG