Accessibility links

MSK artıq 15 şəxsin prezidentliyə namizədliyini təsdiq edib. Müxalifətin namizədləri də sənədlərini tədiq edilməsi üçün MSK-ya təqdim edib.

Avqustun 25-də Mərkəzi Seçki Komissiyası YAP sədri, hazırkı prezident İlham Əliyevin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Onun üçüncü müddətə prezidetliyə namizədliyini Yeni Azərbaycan Partiyası irəli sürüb.
Müxalifət partiyalarının və hərəkatların liderləri İlham.Əliyevin üçüncü müddətə namizədliyinin irəli sürülməsini legitim hesab etmirlər.

MSK prezidentliyə daha 15 namizədin irəli sürülməsini təsdiqləyib. Onlar qeydiyyat üçün 40 min seçici imzası toplamalıdır.

Bundan əlavə, Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə əsas və yeni vahid namizədləri Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin sənədləri də təsdiqlənmək üçün MSK-dadır.
XS
SM
MD
LG