Accessibility links

İlham Əliyev: 2014-cü il sənaye ili olacaq


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu barədə dövlət televiziyası məlumat yayıb.

Prezident Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayıb. “Ötən ilin sonunda bu prosesdə müəyyən canlanman müşahidə edildi”, o qedy edib.

Prezident Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanaraq bütün sahələrdə güclər nisbətinin Azərbaycanın xeyrinə olduğunu vurğulayıb.

Dövlət başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu ildə təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcəyini deyib.

Prezident Əliyev 2013-cü ildə Ümumi Daxili Məhsulun təxminən 6%, qeyri-neft sektorunun 9,8%, əhalinin pul gəlirlərinin 8% artdığını və inflyasiyanın 2,4% təşkil etdiyini bildirib.

“Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulub. Azərbaycanın strateji valyuta ehtiyatı isə 50 milyarad dollara çatıb”.

Əliyev 2013-cü ildə ölkədə 80 mini daimi olmaqla 110 min yeni iş yeri açıldığını və işsizlik bir qədər də aşağı salınaraq 5% təşkil etdiyini deyib.

“Yoxsulluq 5,3 % səviyyəsindədir. Azərbaycanın xarici dövlət borcu Ümumi Daxili Məhsula nisbətdə cəmi 8% təşkil edir və bu dünya miqyasında ən yaxşı göstəricidir”.

Prezident İlham Əliyev Davos Forumunun son açıqlamasına əsasən rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkədə bundan sonra da uğurlu sosial-iqtisadi inkişafın davam etdirəcəyini deyib.

Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb.

İKT ili elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərələndirən Əliyev turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib.

O Bakı-Tbilis-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu deyib.

2013-cü ildə TAP və Şahdəniz-2 layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev 2014-cü ildə investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflaysiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini deyib.

Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş Asan Xidmət şəbəkələrinin genişlənəcəyini vurğulayıb.

Prezident Əliyev 2014-cü ili həm də 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib.

Dövlət başçısı 2014-cü ilin sənaye ili olacağını bildirib.
XS
SM
MD
LG