Accessibility links

İlham Əliyev: Bundan sonra da təxribatlara layiqli cavab verəcəyik


Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov

Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov

Noyabrın 15-də Prezident İlham Əliyev Şəmkir (Bakıdan 400 kilometr qərb) hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib və operativ müşavirə keçirib.

Müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və təmas xəttindəki vəziyyət barədə məruzə edib.

Prezident Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozmasını pisləyib və “Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib”.

Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonra da “düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə” əmin olduğunu bildirib.

Noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonu istiqamətində cəbhə xəttində erməni tərəfinin bir döyüş helikopterini vurub. Bundan sonra Ermənistan KİV-i Ermənistan prezidentinin döyüş helikopteri ilə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağa gəldiyi barədə kadrlar nümayiş etdirib. Ermənistan tərəfi vurulmuş helikopterin cavabının veriləcəyi ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki, cəbhə xəttində gərginlik Parisdə Fransa prezidenti Fnasua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-dı keçirilən görüşündən sonraya təsadüf edir. Fransa prezidenti mövcud status-kvonun qəbul edilməz olduğunu və Böyük Sülh Sazişi üzərində işləməyə başlamağın vaxtının çatdığını bildirib. Azərbaycan tərəfi Böyük Sülh Sazişinin üzərində işə başlamağa hazır olduğunu bəyan edib və status-kvonun dəyişməsini, Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxarılmasını tələb edir.

XS
SM
MD
LG