Accessibility links

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb (Yenilənib)


Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Yanvarın 14-də prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

AzərTAc agentliyinin məlumatına görə görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Hər iki ölkənin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar etdilər.

***

Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri başlayıb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Türkiyə mediasının məlumatına görə yanvarın 15-də Ankarada iki ölkə prezidentinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.

Səfər zamanı Azərbaycan və Türkiyə liderləri regional və beynəlxalq məslələrlə bağlı fikir mübadiləsi də aparacaq.


XS
SM
MD
LG