Accessibility links

Azərbaycan prezidenti Almaniyada səfərdədir (Yenilənib)


Prezident İlham Əliyev Almaniyada səfərdədir

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşüb.

APA agentliyinin məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasındakı münasibətlərin indiki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə ətraflı danışıb.

Almaniyanın xarici işlər üzrə federal naziri isə öz növbəsində Azərbaycana son səfərini məmnunluqla xatırladığını qeyd edib və bu səfərin hər iki ölkə üçün səmərəli olduğunu bildirib.

Agentliyin məlumatına görə, president Əliyev Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşingerlə də görüşüb.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Eybi zamanda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev yanvarın 20-də Almaniyaya işgüzar səfərə gedib.

APA agentliyinin məlumatına görə prezident Əliyev Bundestaqın deputatları, Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və digər sahələrdəki hazırkı münasibətlər, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Agentlik bildirir ki, müzakirələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq olduğu qeyd edilib. Alman deputatlar bu görüşdən məmnunluq ifadə ediblər.

Görüşdə həmçinin Almaniya və Azərbaycan parlamentləri, xüsusilə dostluq qrupları arasında səmərəli əməkdaşlıq olduğu da vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə qrup iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə həmçinin alman şirkətlərinin Azərbaycana daha çox cəlb edilmələrinin vacibliyi də qeyd edilib.

XS
SM
MD
LG