Accessibility links

İlham Əliyev Rusiya prezidentinin köməkçisi ilə görüşüb


Prezident İlham Əliyev və Rusiya prezidentinin köməkçisi İqor Levitin

Prezident İlham Əliyev və Rusiya prezidentinin köməkçisi İqor Levitin

Prezident İlham Əliyev martın 9-da Rusiya prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

XS
SM
MD
LG