Accessibility links

İlham Əliyev: Neft qiymətlərinin ucuzlaşması dinamik inkişafa təsir etməyib


Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Aprelin 10-da İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib.

Dövlət başçısının saytında yer alan məlumata görə, Əliyev ilin ilk üç ayının yekunlarını müsbət qiymətləndirib, bu dövr ərzində ÜDM-in 5% artdığını qeyd edib. Həmin dövrdə qeyri-neft sektoru 7%, sənaye istehsalı 4 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb.

Daha sonra o qeyd edib ki, neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması “dinamik inkişafımıza təsir etməyib”, istehlakçı bazarı isə “tam nəzarət altında” olub.

Regionlarda 30 min iş yeri açılıb, sosial layihələr uğurla həyata keçirilir. Ölkədə həyata keçirilən islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən müsbət qiymətləndirilir və dünyada yaşanan böhran ölkəmizdən yan keçib, deyə Əliyev bildirib.

Daha sonra vergilər naziri Fazil Məmmədov, nəqliyat naziri Ziya Məmmədov və mədəniyyət naziri Əbülfəz Qarayev çıxış edib.

Yekun çıxışında Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafının, regionlarda sənaye zonalarının yaradılmasının, kənd təsərrüfatı istehsalının inkişafının əhəmiyyətini qeyd edib. Bu tədbirlərin məqsədi ərzaq müstəqilliyinə nail olmaq və qida məhsullarının idxalını minimuma endirməkdir.

Daha sonra o, milli valyutanın məzənnəsi məsələsinə toxunub, görülən tədbirləri “iqtisadi nöqteyi-nəzərdən səmərəli” adlandırıb.

O, həmçinin dərmanların qiymətinin bahalaşmasından narazılığını bildirib və Səhiyyə Nazirliyinə bu məsələni araşdırıb tədbirlər görmək tapşırığı verib.

Sonda o, Avropa Oyunlarının keçirilməsinə hazırlığın gedişindən məmnunluğunu bildirib.

Show comments

XS
SM
MD
LG