Accessibility links

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iyunun 9-da Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

İlham Əliyev idmanşılarla

İlham Əliyev idmanşılarla

“Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl oyunları biz keçirəcəyik. Baxmayaraq ki, oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində oyunlar hazırlamışıq və uğurla keçirəcəyik", İlham Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan idman dövlətidir və böyük uğurları, nailiyyətləri, qələbələri var.

"Əminəm ki, bu oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz. Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb”.

İlham Əliyev idmanşılarla

İlham Əliyev idmanşılarla

O, iyunun 12-də başlayacaq Avropa Oyunlarının Azərbaycan üçün böyük bayram olduğunu deyib.

“Bu ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək. Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır”, prezident qeyd edib.

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.

XS
SM
MD
LG