Accessibility links

Azərbaycan prezidenti Gürcüstana baş sağlığı verib


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyev Tbilisidə baş vermiş təbii fəlakət zamanı insan tələfatı ilə bağlı Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında bildirilir.

Başsağlığında deyilir: “Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Gürcüstanda dünən baş verən sel daşqınları nəticəsində ondan çox insan həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG