Accessibility links

Azərbaycan prezidenti Belçika baş nazirinə başsağlığı verib


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib.

“Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, Əliyevin başsağlığında deyilir.

Martın 22-də Brüssel aeropotunda iki partlayış baş verib. Bundan sonra iki metro stansiyasında partlayış olub. İlkin məlumatlara görə, 23 nəfər ölüb, onlarla insan yaralanıb. Yerli polis partlayışların terror hücumu olduğunu bildirib.

XS
SM
MD
LG