Accessibility links

İlham Əliyev Almaniyaya gedib


Prezident İlham Əliyev iyunun 6-da Almaniyaya işgüzar səfərə gedib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Agentlik səfərin detalları barədə məlumat verməyib.

Xatırladaq ki, prezident Əliyevin Almaniyaya səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat verib. O, aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyunda Almaniyaya səfər edəcəyini deyib.

“Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, Merkel İlham Əliyevin səfəri ilə bağlı bildirib.

Prezident İlham Əliyev Almaniyaya son dəfə bu ilin fevralında səfər edib. Həmin vaxt o, Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG