Accessibility links

İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının iclasında iştirak edir


İlham Əliyev Qırğızıstanda
İlham Əliyev Qırğızıstanda

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğızıstana səfər edib. Xəbəri Azərbaycan prezidentinin rəsmi saytı yayıb.

MDB Dövlət Başçıları Şurasının növbəti iclasında qarşılıqlı siyasi fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində 10-dan çox sənəd layihəsinə baxılması planlaşdırılır.

İclasda MDB iştirakçısı olan dövlət başçılarının MDB-nin 25 illiyi və Nyurnberq tribunalının işinin başa çatmasının 70 illiyi ilə əlaqədar bəyanat imzalaması planlaşdırılır.

Humanitar sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsi çərçivəsində MDB iclasında 2017-ci ilin Ailə İli, 2018-ci ilin Mədəniyyət İli elan edilməsi, 2017-ci ildə Azərbaycan Respublikasında “Birliyin mədəniyyət paytaxtları” beynəlxalq proqramının həyata keçirilməsi və Əsasnaməyə bu proqram haqqında dəyişikliklər edilməsi haqqında qərar layihələrinə baxılması nəzərdə tutulur.

Həmçinin, MDB iştirakçısı olan dövlət başçılarının 2017-2019-cu illər üçün terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə və 2016-2020-ci illər üçün informasiya texnologiyalarından istifadə ilə törədilən cinayətlərə qarşı əməkdaşlıq proqramının qəbul edilməsi planlaşdırılır. Həmçinin, cinayət mühakiməsi iştirakçılarının müdafiəsi məsələləri müzakirə olunacaq.

Dövlət başçıları 2017-ci ildə MDB-yə sədrlik haqqında qərar qəbul edəcək, MDB-nin növbəti iclasının keçiriləcəyi tarixi və yeri müəyyən edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG