Accessibility links

Məhkəmə vətəndaş fəalını həbsdə saxlayıb


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov
"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov vicdan məhbusu kimi tanınıb

Yanvarın 25-də Şirvan Apellyasiya Məhkəməsi Sabirabad rayon məhkəməsinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov barəsindəki qərarını qüvvədə saxlayıb.

Sabirabad rayon məhkəməsi 2012-ci il sentyabrın 13-də İ.Əmiraslanovu qanunsuz silah saxlamaq ittihamı ilə iki il azadlıqdan məhrum edib.

“Məhkəmə işin saxtalaşdırılmasına dair təkzibolunmaz dəlillərə baxmayaraq Sabirabad rayon məhkəməsinin qərarın qüvvədə saxlayıb”, deyə vəkil Samir İsayev bildirib.

Hüquq müdafiəçisi və şahidlər məhkəmədə bir daha bildirib ki, silah onun üzərinə qəsdən atılıb, onu işgəncə altında etirafedici ifadələr verməyə məcbur ediblər. Həkimlər də Əmiraslanovun iki qabırğasının qırıldığını, qulaq pərdəsinin zədələndiyini təsdiq edib.

Yanvarın 22-də AŞPA hüquqi məsələlər və insan hüquqları üzrə Komitəsi Əmiraslanovu Azərbaycanın siyasi məhbusları siyahısına daxil edib.

“Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev məhkəmənin qərarını “siyasi sifariş” adlandıraraq, qərargahın onun azad edilməsinə nail olacağını bildirib.

İlham Əmiraslanov 2010-cu ildə Kür çayının daşqınından ziyan çəkmiş vətəndaşların hüquqlarının prinsipal və ardıcıl müdafiəçisi kimi məşhurdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG