Accessibility links

İlham Əmiraslanov həbsxanada aclığa başlayıb


Vətəndaş fəalı İlham Əmiraslanov

Vətəndaş fəalı İlham Əmiraslanov

Əmiraslanov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb

5 saylı cəzaçəkmə müəssisəsində (Salyan rayonun Xələc qəsəbəsi, Bakıdan 129 kilometr cənub) həbs cəzası çəkən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov avqustun 23-də hüquqlarının pozulmasına qarşı etiraz olaraq aclığa başlayıb. Bu barədə Turan-a Əmiraslanovun yaxınları bildirib.

O, bu etiraz aksiyası haqqında cəzaçəkmə rəhbərliyinə rəsmi xəbərdarlıq edib. Məhbus cəzasının üçdə-birini çəkməsi ilə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi və müddətin yarısı bitdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətlərinə məhəl qoyulmamasından şikayət edir.

Əmiraslanov bildirir ki, o, heç bir pozuntuya yol verməyib, buna görə vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina üçün heç bir əsas yoxdur.

O hesab edir ki, barəsində qərəzli qərar siyasi motivlidir, belə ki, digər məhbusları “pulla azad edirlər”.

Əmiraslanov həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin onun yanına buraxılmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.

İlham Əmiraslanov 2010-cu il daşqınından ziyan çəkmiş vətəndaşların hüquqları uğrunda prinsipial və ardıcıl mübarizəsi ilə məşhurdur. 2012-ci ilin iyununda o, qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib və işgəncələrə məruz qalıb

Sentyabrın 13-də Sabirabad rayon məhkəməsi Əmiraslanovu qanunsuz narkotik saxlamaq ittihamı ilə (CM-in 228.1-ci maddə.) 2 il azadlıqdan məhrum edib. 2013-cü il yanvarın 25-də Şirvan Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Amnesty İnternational Əmiraslanovu “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG