Accessibility links

Vicdan məhbusu şərti azadlığa buraxılıb


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov
"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov

İlham Əmiraslanov Kür daşqınlarından əziyyət çəkənlərin hüquqlarını müdafiə edirdi, qanunusz silah saxlama ittihamı ilə həbs edilib

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov həbsdən azad edilib. O, cəzasının üçdə iki hissəsini çəkdiyinə görə vaxtından əvvəl şərti azadlığa buraxılıb.
İ.Əmiraslanov 2010-cu ilin daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqları uğrunda mübarizə aparıb.

2012-ci ilin iyununda qanunsuz silah saxlamaq ittihamı ilə saxlanılıb və işgəncələrə məruz qalıb. 2012-ci il sentyabrın 13-də Sabirabad Rayon Məhkəməsi İ.Əmiraslanovu qanunsuz silah saxlamaqda (CM-in 228.1-ci maddəsi) ittiham edərək 2 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü il yanvarın 25-də Şirvan Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Amnesty International İ.Əmiraslanovu “vicdan məhbusu” kimi tanıyıb. Onun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı dəfələrlə etdiyi müraciətə baxılmayıb və o, etiraz olaraq aclıq aksiyası keçirib.
XS
SM
MD
LG