Accessibility links

Bu gün İlham və Fərizə sevgisinə həsr edilib

Bakıda Xudafərin sarayında “30 iyun - Sevgililər Günü” qeyd edilib. Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının təşəbbüsü ilə keçirilən tədbirdə ziyalılar, ictimai xadimlər, aktyorlar, tanınmış müğənnilər iştirak edib.

Sevgililər Günü

Sevgililər Günü

30 İyun - Sevgililər Günü əfsanə deyil, tarixin yaxın zamanının həqiqətidir. Bu həqiqət 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Ordusunun Bakını qanlı işğalı zamanı baş verib. O zaman İlham və Fərizə Allahverdiyevlər cəmi altı ay əvvəl – iyunun 30-da ailə həyatı qurmuşdular.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə İlhamı da Bakının mübariz meydanlarına atmışdı. Qanlı Yanvar gecəsi silahsız insanların mübarizə selində hayqıran İlham şəhidlik zirvəsinə ucaldı.

Fərizə isə sevgilisini gözləyirdi. Onun İlham bir daha qayıtmadı…

Fərizə sevgilisinin fotolarını varaqladı, son olaraq kağız üzərində belə yazdı: “Mən onsuz yaşaya bilmərəm. Siz məni...” Burada sözləri qırıldı və əbədi sevgi dolu ölüm stəkanını başına çəkdi.

20 yanvar faciəsinin 25 ili tamam olub

20 yanvar faciəsinin 25 ili tamam olub

Beləcə, İlham və Fərizə sevgisi əbədiləşdi. Onlar Şəhidlər Xiyabanında əbədiyyətdə bir evdə yaşayırlar.

Elə ilk gündən bu sevgi dastanı ictimailəşdi və insanlar 30 iyunun Sevgililər Günü kimi qeyd edilməsi üçün təşəbbüslər irəli sürməkdədir. Bu gün isə 30 iyun - Sevgililər Gününün paralament səviyyəsində bayram kimi qəbul edilməsi barədə təkliflər səslənib.

Bu günki təbdbir də sevgililərin şərəfində bayram təntənəsi kimi qeyd edilib. Aşiqlərin şərəfinə dastanlar, şerlər söylənib. Aşıqlar sazı dindirib. Flora Kərimovanın aşiqlərin şərəfinə Ramiz Rövşənin sözlərinə yazılmış “Sevgi dünyası” marşını ifası davamlı alqışlarla qarşılanıb.

XS
SM
MD
LG