Accessibility links

İlhamə Quliyeva vəfat edib


ilhamə Quliyeva
ilhamə Quliyeva

Müğənni İlhamə Quliyeva vəfat edib.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Quliyeva fevralın 25-də səhər saatlarında dünyasını dəyişib.

“İlhamə Quliyeva uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi. Bu gün səhər səhhəti kəskin pisləşib və təxirəsalınmaz təcili tibbi yardım çatanadək vəfat edib”, mətbuat xidmətinin əməkdaşı bildirib.

İlhamə Quliyeva 1943-cü ildə anadan olub. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1998-ci ildə prezident tərəfindən "xalq artisti" adına, 2002-ci ildə "Şöhrət" ordeninə, 2013-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

XS
SM
MD
LG