Accessibility links

İlhan Tanır: Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılmasında müsbət rol oynaya bilər


İlhan Tanırla müsahibə
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Birləşmiş Ştatlar və Rusiya Suriyada beş ildir davam edən vətəndaş müharibəsinə son qoyulması məqsədilə atəşkəs haqda razılıq əldə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəs razılığını müsbət addım kimi qarşılasa da, Suriyada döyüşən kürd qruplarına dəstəyin yanlış olduğunu bildirib. “Cumhuriyyət” qəzetinin Vaşinqton təmsilçisi, jurnalist İlhan Tanır Amerikanın Səsinin “Amerika icmalı” proqramında regionda yaranmış mürəkkəb şəraitdə Türkiyənin qarşılaşdığı sınaqlar, Türkiyə-Azərbaycan münasibətləri, bölgədə mürəkkəb durumun əsas oyunçular və region ölkələrinə təsirlərindən danışıb.

Türkiyənin Suriyadan atəşkəsdən gözləntiləri

İlhan Tanır anlaşmanın Türkiyənin istəiyinə və gözləntilərinə tam uyğun olmadığını deyir: “Türkiyə uzun müddətdir Əsədin hakimiyyətdən getməsi üçün səylərin görülməsini, koalisiyanın İŞİD-ə qarşı mübarizəsi ilə yanaşı, Əsədin də hakimiyyətdən getməsinə gətirib çıxaraq bir həll yolunun olmasını istəyirdi. Buna görə Türkiyədə müəyyən dərəcədə narazılıq var. Lakin bundan başqa səbəblər də var. Türkiyənin Suriyanın cənubunda dəstəklədiyi üsyançılar çətin vəziyyətdədir. Buna görə də atəşkəsin şənbə günü qüvvəy minməsi gözlənilsə də, Rusiyanın Türkiyənin Suriyanın cənubunda dəstəklədiyi üsyançılara münasibətinin necə olacağı, Əl-Qaidə və Əl-Nusra qruplarının atəşkəs razılığından kənarda qalmasının sazişə əməl olunmasına necə təsir göstərəcəyi kimi məsələlər var. Bütün bunlara baxdıqda Türkiyə də “gözləyib, baxaq” kimi siyasi yanaşma var. Razılığa dəstək verildi, amma Ankarada ciddi suallar qaldırılır.”

Türkiyənin prioritetləri

Türkiyə həm İŞİD, həm də PKK-nı, eləcə də Suriyada kürdlərin qruplarını milli təhlükəszliyinə hədə kimi görür. Birləşmiş Ştatlar Suriyada ekstremistlərə qarşı mübarizədə kürd qüvvələrini müttəfiq hesab edir. Belə mürəkkəb şəraitdə ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyənin prioriteləri nədən ibarətdir? İlhan Tanır bunun ABŞ və Türkiyə arasında qarşılıqlı anlaşmaya təsiri olduğunu deyib: “Gərginliyin azaldığı deyil, artdığını görürük. Prezident Ərdoğan və AKP-nin yüksək səviyyəli rəsmilərinin Amerikanın və Qərbin PYD-yə orada mühüm bir qüvvə olaraq dəstəyinə ciddi reaksiya göstəriblər. PYD və Suriyadakı kürdlər bu razılığa qoşulacaqlarını bildirdi. Suriya kürdləri Türkiyənin ölkədə dəstəklədiyi ərəb üsyançılara hücumları dayandırsa və cəbhə xəttində irəliləməyə son qoysa, Türkiyənin ilk mərhələdəki tələbləri qarşılanmış olacaq.”

Türkiyə Rusiya münasibətləri

Son bir neçə ayda Türkiyə və Rusiya arasında münasibətlər kəskin pisləşib. Bəzi ekspertlər hətta silahlı qarşıdurmanın ola biləcəyindən ehtiyat edir. İlhan Tanır iki ölkə arasında münasibətlərin təhlükəli məqamda olduğunu bildirib: “Bunun ən böyük səbəbi Rusiya hərbi qüvvələrinin Türkiyənin cənub sərhədinə getdikdə daha çox yaxınlaşmasıdır. Buna görə də atəşkəsin bu həftə necə qüvvəyə minəcəyi çox önəmlidir. Əgər bu razılığa əməl olunmasa, bu, rusların suriyalı kürd qüvvələri ilə birlikdə, təbii ki rejimin və Hizbullahın dəstəyi ilə Türkiyə sərhədinə yaxınlaşması demək olacaq. Sərhədə yaxınlaşma isə Türkiyə və Rusiya hərbi qüvvələri arasında qarşıdurmaya gətirib çıxaran daha bir qəzanın baş verə biləcəyi ilə bağlı narahatlıqların artması deməkdir. Bundan əvvəl Türkiyənin Rusiya təyyarəsini vurması insidenti var idi və o vaxtdan gərginlik artır. Bundan başqa bir insidentin baş verə bilməsi bu iki ölkə arasında münasibətlərin hansı istiqamətdə gedəcəyi ilə bağlı ciddi narahatlıqlara yol açır. Çünki Türkiyə və Rusiya qüvvələri arasında cənubda mümkün silahlı qarşıdurma baş versə, ölkə arasında münasibətlər elə bir pis həddədir ki bunu dayandırmaq mümkün olmaya bilər. İki ölkənin qəbul etdiyi başqa üçüncü ölkə də yoxdur.”

Türkiyə-Azərbaycan münasibətləri

İlhan Tanırın sözlərinə görə, Türkiyə və Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Türkiyənin Azərbaycanla əlaqələrinin daha da güclənəcəyini gözləmək olar: “Hazırda iki ölkə arasında qardaş münasibətlərin davam etdiyini görürük. Keçən həftə prezident Ərdoğanın Azərbaycana səfər planı var idi, lakin Ankarada baş vermiş partlayışa görə bu səfər təxirə salındı. Lakin Azərbaycanın İran, Rusiya və Türkiyə arasında mühüm mövqeyi var. Türkiyənin qarşıdan gələn illər Rusiyadan enerji baxımından daha az asılı olması yolları axtarır və təbii ki qardaş ölkə olaraq qəbul edilən iki ölkə arasında münasibətlərin əhəmiyyətinin artması gözlənilir.”

İlhan Tanır Azərbaycanın Türkiyə və Rusiya arasında gərginliyin azaldılması səylərində mümkün rolunu qeyd edib:“Azərbaycanın həm Rusiya, həm Türkiyə, həm də İranla münasibətləri yaxşıdır. Keçən həftə İranla imzalanmış razılaşmalarla münasibətlər daha da yaxşılaşıb. Türkiyənin hazırda həm Rusiya, həm də İran münasibətləri yaxşı deyil. Prezident Əliyevin Moskva, Ankara və Tehran arasında artan gərginliyin ən azı azaldılması üçün bu tərəfləri müzakirələr masasına yaxınlaşdıra biləcək hər hansı addımı, hər hansı bir bəyanatı regionda gərginliyin azaldılması istiqamətində önəmli bir addım olacaq.”

Türkiyənin daxili problemləri

İlhan Tanır Türkiyənin Suriyada hərbi münaqişə və qaçqınlar problemi kimi qarşılaşdığı regional sınaqlarla yanaşı, ölkə daxili problemləri qeyd edib: “Suriyadan qaynaqlanan 2,5 milyondan çox qaçqın kimi problem var. Bunlar xarici siyasətlə əlaqədar problemlər olsa da, ölkə daxilində sosial gərginliyin artmasına gətirib çıxara bilər. Türkiyənin daxilində ciddi problemlər var, xüsusilə də demokratiya, insan haqları, mətbuat azadlığı sahələrində. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, Türkiyədə ciddi geriləmə var. Bütün bunlar həm Türkiyədəki müxalifətin, həm də ölkədə daxilində bölünmənin artaraq 50-50-yə həddində olması Türkiyədə ciddi bir dönəmin olduğunu göstərir. Bunu təkcə müşahidəçilər demir. Keçmiş prezident Abdulla Gül verdyi bəyanatda “Türkiyə Cumhuriyyəti ən çətin günlərindən keçir” yazıb. Bu, çox önəmlidir. Son 90 il ərzində Türkiyə bir sıra problemlər və çətinliklərin keçib. Hazırkı çətinliklər həm Rusiya, həm Qərb, həm Amerika ilə, həm də Rusiyadan gələn bir sıra təhdidlərlə, eləcə də daxildə bölünmə ilə həqiqətən də çətin dövrən keçir. Ankara rəsmiləri bu gərginliyin azaldılması, insan haqlarına daha artıq dəyər verilməsi, qonşuları və Qərblə münasibətlərin yaxşılaşdırılması istiqamətində düzəlişlər etməlidir. Bunu edib-etməyəcəklərini gözləyəcəyik. Hələlik buna işarələr yoxdur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG