Accessibility links

“Time” 2014-cü ilin adamı adına Ebola virusu ilə mübarizə aparanları layiq görüb


“Time” jurnalı 2014-cü ilin adamı adına Ebola virusu ilə mübarizə aparanları layiq görüb.

Həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri Qərbi Afrikada bu öldürücü virusla mübarizə səylərinə görə şərəfləndirilib.

Onlar arasında Sərhədsiz Həkimlər təşkilatının amerikalı üzvü Ella Uatson Strayker, liberiyalı təcili yardım işçisi Foday Gallah və liberiyalı tibb bacısı Salome Karvah yer alır.

Bu insanlar ABŞ prezidenti Barak Obama, Roma Papası Fransis, sabiq Sovet prezidenti Mixail Qorbaçov və hətta Hitlerin yer aldığı ilin adamı siyahısına qoşulub.

XS
SM
MD
LG