Accessibility links

Qubad İbadoğlu: Xarici investisiyaların həcmi 23%-dək azaldılıb


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu

“Avroviziya – 2012” ən intensiv xərclərə səbəb olub. Layihəyə birbaşa və dolayı xərclər 1 mlrd dollar təşkil edib. 11 ayda əsas kapitala 12,6 mlrd manat qoyulub, 7,6 mlrd manatlıq tikinti-quraşdırma işləri aparılıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) iqtisadi və maliyyə ilinin əsas hadisələrinin yekunlarını açıqlayıb. İTM Azərbaycanda tanınan qeyri hökumət təşkilatıdır.

Mərkəzin rəhbəri Qubad İbadoğlu bildirib ki, ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi 23%-dək azaldılıb, qalan pullar hesabatsız investisiya layihələrinə xərclənən büdcə vəsaitləridir.

“Avroviziya – 2012” ən yeni tarixdə ən intensiv xərclərə səbəb olub. Layihəyə birbaşa və dolayı xərclər 1 mlrd dollar təşkil edib. 8 ayda xərc cədvəlində ən böyük xərclər (1,5 dəfə çox) müsabiqə ərəfəsində olub. Bu zaman bütün nazirlik və qurumlar 2 mlrd manat xərcləyib. 2012-ci ilin dövlət büdcəsində ehtiyat fondundan xərclər 500 mln əvəzinə 1 mlrd mant olub.

Bakıda bu ilin ən iri tikintiləri - metal konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, “Qafqaz Baku City Hotel and Rezidences”, “JW Marriott Absheron” və “Four Seasons” mehmanxana və ofis kompleksləridir. Diplomatik Akademiya və Moskva Dövlət Universitetinin yerli filialının tədris korpusları, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı istifadəyə verilib. 11 ayda əsas kapitala 12,6 mlrd manat qoyulub, 7,6 mlrd manatlıq tikinti-quraşdırma işləri aparılıb. Əsas vəsaitlərin 77,2%-i (9,7 mlrd manat) daxili investisiyalardır və ötən illə müqayisədə 24% artıb.

Ən çox borc alanlar ailələr və ev təsərrüfatlarıdır. 9 ayda bankların kredit portfelində fiziki şəxslərin xüsusi çəkisi 33,6% olub. Bu, ötən ilkindən 21,7% çoxdur. Demək, hər üçüncü ailə nağd pulla qiymətli şeylər və məişət avadanlığı ala bilmir. Kreditlər üzrə faiz dərəcəsi 0,6% azalaraq 15,4% olub. Hər halda vətəndaşların banklar qarşısında öhdəlikləri onların maliyyə imkanına uyğun deyil.
XS
SM
MD
LG