Accessibility links

Türkiyə Ali Məhkəməsi baş nazir Rəcəb Tayyip Ərdoğanı hakimiyyətdən devirmək ittihamı ilə ömürlük həbsə məhkum edilmiş keçmiş Hərbi Qərargahlar rəisinin sərbəst buraxılası barədə qərar çıxarıb.

İlkər Başbuğ bu gün azad edilib. Ali Məhkəmə dünən çıxardığı qərarda deyilir ki, aşağı instansiya məhkəməsi keçən ilin avqust ayında onun ittihamnaməsinin detallı izahatını dərc etməyərək generalın haqlarını pozub.

Reyd zamanı hökumətə qarşı çevriliş ittihamı ilə 200-dən çox insan həbs edilib.

Baş nazirin tənqidçiləri deyir ki, cənab Ərdoğanın islam təmayüllü partiyasının saxta ittihamları ordunun ölkə siyasətindən kənar saxlanılması cəhdidir.
XS
SM
MD
LG