Accessibility links

"İlk addım kimi siyasi məhbusların azadlığına çağırırıq"


ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer
ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

ABŞ-ın ATƏT-dəki səfiri Daimi Şuranın sədrinə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müraciət edib.

ABŞ-ın ATƏT-dəki Missiyası Rəsul Cəfərovun həbsini tənqid edən bəyanat açıqlayıb.

Amerikanın Səsinin missiyadan əldə etdiyi məlumata görə, ABŞ səfiri Daniel Baer ATƏT-in Daimi Şurasına müraciətində bildirib ki, ABŞ aprelin 16-da insan haqları fəalı Rəsul Cəfərovun məhkəmə qərarı ilə 6 il yarım azadlıqdan məhrum edilməsindən dərin narahatlıq hissi keçirir.

"İnsan Haqları Klubunun təsisçisi və rəhbəri olan cənab Cəfərov keçən ilin avqustunda insan haqları fəallarına qarşı kütləvi basqıların bir hissəsi kimi həbs edilib. Onun həbsi Azərbaycanda demokratiyanın daha da geriləməsinə işarədir.

Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü və digər beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.

Azərbaycan öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalı və götürdüyü öhdəliklərini həyata keçirmək istiqamətində ATƏT-lə birgə çalışmalıdır. İlk addım kimi biz rəsmiləri cənab Cəfərov və fundamental haqlarını tələb edən digər məhbusları azad etməyə çağırırıq. Bu, ölkənin uzunmüddətli sabitliyini və ikitərəfli əlaqələri gücləndirə bilər".

Şurasının sədrinə müraciət edən ABŞ səfiri bildirib ki, cənab Cəfərovun həbsi yeganə belə hal deyil.

"Elə dünən insan haqları müdafiəçisi İntiqam Əliyev siyasi motivli ittihamlarla 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətləri üçün məkan daralaraq təşkilatların funksionallığını artan şəkildə çətinləşdirir" - deyə səfir Daniel Baerin müraciətində deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG