Accessibility links

Klinton və Tramp ilk debatda üzləşdilər


Hillari Klinton və Donald Tramp arasında ilk seçki debatı Hofstra Universitetində keçirildi. Hempsted, Nyu York, 26 sentyabr, 2016.

Hillari Klinton və Donald Tramp arasında ilk seçki debatı Hofstra Universitetində keçirildi. Hempsted, Nyu York, 26 sentyabr, 2016.

Hillari Klinton və Donald Tramp bazar ertəsi keçirilən ilk seçkiöncəsi debatda bir sıra mövzularda qızğın mükalimə etdilər. Klinton Trampı vergilərini açıqlamadığına görə ittiham etdi, Tramp isə rəqibini yeni ideyaları olmayan qeyri-effektiv siyasətçi kimi təsvir etməyə çalışdı.

Hillari Klinton sildiyi emailləri açıqlayan kimi mən də vergilərimi açıqlayacağam.

Debat moderatoru Lester Holt Respublikaçı namizəddən niyə indiyədək vergilərini açıqlamadığını soruşdu. Suala cavab olaraq Tramp bildirdi ki, nə vaxt Klinton özəl serverindən pozulmuş emailləri açıqlasa, o vaxt da o, öz vergilərini ictimaiyyətə açıqlayacaq. Tramp əlavə etdi ki, hazırda auditorlar onun vergilərini nəzərdən keçirir və yoxlamalar başa çatdıqdan sonra o, vergilərini açıqlayacaq.

Klinton Trampın vergilərini açıqlamaması üçün bir neçə səbəbin ola biləcəyini qeyd etdi. “Birincisi, ola bilsin o, iddia etdyii kimi də varlı deyil. İkincisi, ola bilsin, o iddiya etdiyi kimi də xeyriyyəçi deyil,” deyə Klinton bildirdi.

Debatın ardınca müxbirlərlə danışan Tramp səsvermənin nəticələrini qəbul edəcəyini təsdiqlədi.

Debatın ardınca müxbirlərlə danışan Tramp səsvermənin nəticələrini qəbul edəcəyini təsdiqlədi.


Demokrat namizəd Trampın federal vergi ödəməmiş ola biləcəyini deyəndə, Tramp “bu, məni ağıllı edir” deyə replika atdı.

Respublikaçı namizədə debat boyunca “Donald “ deyə müraciət edən Klinton onun "həyatda bəxti gətirdyini" və “atasından 14 milyon dollar borc” aldığını vurğuladı. Buna reaksiya verən Tramp borcun kiçik həcmdə olduğunu xatırlatdı.

Ticarət məsələsinı gəldikdə namizədlər arasında qızğın debat başladı. Tramp Prezident Bill Klintonun imzaladığı NAFTA və sabiq Dövlət Katibi Klintonun bir vaxtlar dəstəklədiyi Trans-Sakit Okean Tərəfdaşlığı razılıqlarını kəskin tənqid edərək bu anlaşmaların Amerikadan iş yerlərinin xaricə axınına yol açdığını qeyd etdi.

Bu, o adamdır ki, qadınlara donuz, pinti və it deyib.

Ötən həftələrdə polislə qarşıdurma zəminində baş vermiş ölüm halları və irqi münasibətləri şərh edərkən, Tramp ölkədə “nizam-intizam” yaratmağın vacibliyini qeyd etdi. Prezident Obamanın bir vaxtar yaşadığı Çikaqo şəhərində son 8 ildə 4,000 adamın qətlə yetirildiyini deyən Tramp asayişi qorumaq üçün ölçülərin götürülməli olduğunu söylədi. Klinton məsələnin daha mürəkkəb olduöunu və polislə afro-amerikalı icmalar arasında sıx münasibətlərin qurulmalı olduöuna diqqət çəkdi. Demokrat namizəd habelə “sistemikirqçiliyə” qarşı mübarizə aparmağın mühümlüyü haqda danışdı.

Debatdan sonra sabiq prezident və həyat yoldaşı Bill Klinton Hillarini öpür. Valideynlərinə qoşulan Çelsi tərəfdarları salamlayır.

Debatdan sonra sabiq prezident və həyat yoldaşı Bill Klinton Hillarini öpür. Valideynlərinə qoşulan Çelsi tərəfdarları salamlayır.


Tramp ABŞ-dan iş yerlərini xaricə ötürən şirkətələ qarşı xüsusi vergi tətbiq etmək məramında olduöunu açıladı. Klintona üz tutaraq “Sən bunu 30 ldir edirsən. İşləri mən qyataracağam. Sən işləri geri qaytara bilməzdən,” deyə söylədi.

O, İŞİD-ə qarşı mübarizədə oxşar not səsləndirərək bildiridi:

“Sən Dövlət Katibi olanda o [İŞİD] hələ körpə idi. İndi o, 30 ölkəyə yayılıb. Və sən onu dayandıracaqsan? Belə düşünmürəm."

Seçkilərə altı həftə qalmış bu, kampaniyanın final mərhələsində nəzərdə tutulan üç debatdan birincisi idi. Son rəy sorğuları Tramp və Klintonun elektorat arasında bərabər dəstəyə malik olduğunu göstərir.

XS
SM
MD
LG