Accessibility links

O təcridxananın tibb-sanitar hissəsinə yerləşdirilib. Gənc fəal “Harlem Shake” flaş-mobunu təşkil etməkdə və onu Youtube-da yerləşdirməkdə ittiham olunur

Xuliqanlıq ittihamı ilə həbs edilmiş “Azad Gənclik” təşkilatının fəalı İlkin Rüstəmzadə Bakı istintaq təcridxanasının tibb-sanitar hissəsinə yerləşdirilib. Bu barədə Amerikanın Səsinə vəkil Xalid Bağırov bildirib.

Onun sözlərinə görə, gəncin kürəyindəki yara irinləyir, yüksək temperatura səbəb olur. Lakin onu lazımi şəkildə müalicə etməyiblər, yalnız qızdırmanı azaldan dərman veriblər.

İş o yerə çatıb ki, bazar günü Rüstəmzadə özü yarasını yarmağa cəhd edib, lakin vəziyyəti daha da pisləşib. Nəhayət, bazar ertəsi o, tibbi hissəyə keçirilib.

İstintaq təcridxanasında vəkilə bildiriblər ki, gənci mütəxəssislər müayinə etməlidir, bundan sonra cərrahi əməliyyatın həyata keçirilib-keçirilməyəcəyi haqqında qərar qəbul ediləcək.

Digər vəkil Nemət Kərimli bildirib ki, Rüstəmzadənin diaqnozu dəri kistasıdır.

Ədliyyə Nazirliyinin Tibb Müəssisəsindən bildiriblər ki, Rüstəmzadəni müayinə etmək üçün cərrah göndərilib.
İlkin Rüstəmzadə bu ilin mayında həbs edilib. O, “Harlem Shake” flaş-mobunu təşkil etməkdə və onu Youtube-da yerləşdirməkdə ittiham olunur. İstintaq bunu xuliqanlıq kimi qiymətləndirib və Rüstəmzadə həbs edilib.
XS
SM
MD
LG