Accessibility links

Avropa Məhkəməsi NİDA fəalının şikayəti üzrə kommunikasiyaya başlayacaq


İlkin Rüstəmzadə (Foto Ülvi Həsənlinindir)
İlkin Rüstəmzadə (Foto Ülvi Həsənlinindir)

Yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadənin 2014-cü ilin mayında qanunsuz həbsi ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayacaq.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Rüstəmzadəni xuliqanlıqda ittiham edən istintaq onun təqsirinin sübutunu təqdim etməyib. Belə ki, istintaq Rüstəmzadəni Bakı bulvarında Harlem Shake rəqs flash-mobunu təşkil etməkdə və videosüjeti YouTube-da yerləşdirməkdə ittiham edib. Bu zaman işdə zərərçəkmiş yox idi. Müdafiə tərəfi AİHM-dən Rüstəmzadənin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsi üzrə hüquqlarının pozulmasını tanımağı xahiş edir.

Bir müddət əvvəl AİHM Rüstəmzadənin 2013-cü ilin aprelində gənclərin Neft Akademiyasında kütləvi qətlin 4-cü ildönümü ilə bağlı aksiyası ilə bağlı inzibati həbsindən şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu şikayətdə də Avropa Konvensiyasının 5-ci maddəsinin pozulması məsələsi qoyulub.

Üçüncü şikayət Rüstəmzadənin xuliqanlıq, kütləvi iğtişaşların təşkili, qanunsuz oalraq partlayıcı maddələr saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmə aiddir. Bu şikayəti vəkil Xalid Bağırov hazırlayıb.

Bu kollektiv şikayət Rüstəmzadənin, habelə onunla birlikdə həbs edilmiş digər fəalların – Rəşadət Axundov, Zaur Qurbanlı və Məmməd Əzizovun Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (obyektiv məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşmaq azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddələri üzrə hüquqlarının pozulmasına aiddir.

Bu barədə Turan-a vəkil Bağırov bildirib. Yaxın günlərdə şikayət AİHM-ə göndəriləcək.

Rüstəmzadə 2014-cü il mayın 6-da həbs edilmiş NİDa fəallarından həbsdə qalan son fəaldır.

Bütün digər fəallar müxtəlif zamanlarda əvf olunub. Rüstəmzadə Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG